İnək südü və qablaşdırılmış ağartı məhsullarını yemək olmaz - XƏBƏRDARLIQ

İnək südü və qablaşdırılmış ağartı məhsullarını yemək olmaz - XƏBƏRDARLIQ


Hər qadın gözəl görünməyə layiqdir

İnək südü və qablaşdırılmış ağartı məhsullarını yemək olmaz - XƏBƏRDARLIQ

İnək südü və qablaşdırılmış ağartı məhsullarını yemək olmaz - XƏBƏRDARLIQ
Süd və mayalanmış süd məhsulları insulinin əhəmiyyətli dərəcədə artmasına səbəb olur ki, bu da iltihab, qaraciyərin piylənməsi və tip 2 diabetin inkişafına səbəb olur.
Tatli.Biz ria.ru-ya istinadən xəbər verir ki, bu barədə rusiyalı dietoloq Anna Yelkina məlumat verib.
"İnək südündə böyüklər və uşaqlar deyil, dananın böyüməsində rol oynayan amillər var. Bundan başqa mağazalarda satılan süd məhsullarının tərkibinə şəkər, antibiotiklər və konservantlar daxildir. Məsələn, şirin qatıq və kəsmik.
Gündəlik rasionda ağartı məhsullarının, xüsusilə südün çox olması orqanizmdə iltihaba səbəb ola bilər. Bu zaman immunitet əziyyət çəkir. Yağsız südün tərkibində isə zərərli bitki mənşəli trans yağları və qatqı maddələri olur" ,- dietoloq açıqlamasında qeyd edib.
Alternativ olaraq, Anna Yelkina keçi südü içməyi məsləhət görür. Tərkibində daha çox kalsium, fosfor, həmçinin A, B, B2, B6, C. vitaminləri var. Bundan əlavə, keçi südündən olan yağlar qarında şişkinlik və ağırlıq yaratmadan daha sürətli və asanlıqla həzm olunur.
"Keçi südündə şəkər daha azdır. Bu məhsul adipoz toxumasının çöküntüsünə səbəb olmur və karbohidrat mübadiləsini pozmur. Laktoza qarşı dözümsüzlükdən əziyyət çəkən insanlar onu təhlükəsiz şəkildə içə bilər. Keçi südü mədə və ya onikibarmaq bağırsaq xoralarının ağırlaşmalarında, uşaq qidası və tiroid bezinin xəstəliklərində olduqca faydalıdır" , - qidalanma mütəxəssisi bildirir.
Aytən Məftun

Dostlarınla Paylaş

Saytda 58 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023