İnfarkt və insultdan qorunmağın 3 SADƏ YOLU


Sağlamlıq
Sağlamlıq xoşbəxt həyatın əsas şərti və təminatıdır

İnfarkt və insultdan qorunmağın 3 SADƏ YOLU

İnfarkt və insultdan qorunmağın 3 SADƏ YOLU
"Sağlam qida, çox hadisələrə əsəbləşməmək və idmanla məşğul olmaq infarkt, insult və digər xəstəliklərin qarşısını almağa kömək edir".
Tatli.Biz xəbər verir ki, bunu almaniyalı alim və həkim Ditrix Qrenemeyer "FOCUS" nəşrinə verdiyi müsahibədə bildirib.
"Kiçik qan lövhələri iltihablı toxumaya yapışdıqda və yağ yığdıqda arteriyalar tıxanır. Qan damarlarının tıxanması ateroskleroza səbəb olur. Gələcəkdə bu proses infarkt, insult və ya digər xəstəliklərlə nəticələnir. Bunun baş verməməsi üçün davamlı, hər gün azı bir saat idman edilməlidir"deyə, o bildirib.
Həkim bildirib ki, sağlam pəhriz də profilaktik tədbirdir: "Şəkər və spirtin qəbulu da minimuma endirilməlidir. Bunun əvəzinə tərəvəz və az yağlı qidalar qəbul etməlisiniz".
Onun sözlərinə görə, üçüncü məqam stressdən uzaq olmaqdır. Belə ki, stressə düşəndə qan təzyiqi qalxır, ürək daha sürətli döyünməyə başlayır və əzələlərdə dartınma əmələ gəlir. Stressin təsirindən isə orqanizmdə qan dövranı zəifləyir, damarlarda tromblaşma əmələ gəlir və hətta bəzən bu narahatılıqlar infarktla da nəticələnir. / "Report"

Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

İnfarkt və insultdan qorunmağın 3 SADƏ YOLU - Sağlamlıq xəbərləri


İnfarkt və insultdan qorunmağın 3 SADƏ YOLU, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, İnfarkt və insultdan qorunmağın 3 SADƏ YOLU

Saytda 42 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021