Sağlamlıq
Sağlamlıq xoşbəxt həyatın əsas şərti və təminatıdır

İnfeksion xəstəliklərdə birinci qoruyucu vasitə peyvənddir - Həkim

İnfeksion xəstəliklərdə birinci qoruyucu vasitə peyvənddir - Həkim
"Sinovac"ın effektivliyi Braziliyada rəsmi şəkildə təsdiq olunub. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən, digər ölkələrdə bu vaksin 97 faiz effektiv təsirə malikdir.
Bu sözləri Tatli.Biz-a açıqlamasında allerqoloq-pulmonoloq Ramin Nərimanlı deyib.
Həkim bildirib ki, vaksinin effektivliyi nəzarət müddətində qiymətləndirilir: "Odur ki, nə qədər təsirli olması barədə dəqiq fikir bildirmək hələ tezdir. Koronavirusa qarşı hazırlanmış hər hansı peyvəndin vurulmasından sonra effektivliyinin neçə ay davam etməsi, peyvənd olunmuş insanların virusa yoluxması və yoluxanda xəstəliyi necə keçirdiyi sual olaraq qalır. Lakin əldə olunan hazırkı məlumatlar göstərir ki, bu gün "Sinovac" ən effektiv peyvəndlərdən biridir.
Eyni zamanda bütün peyvəndlərin effektivliyindən asılı olmayaraq allergik reaksiyaları və digər əlavə təsirləri ola bilər. "Sinovac"ın ziyanlı tərəflərinin olması haqqında heç bir məlumat yoxdur. Lakin bu günə qədər koronavirus əleyhinə olan peyvəndlər içərisində ən bahalısıdır. Bildiyim qədər digər peyvəndlər 15, "Sinovac" isə 30 dollar civarındadır".
Mütəxəssis qeyd edib ki, vaksinin nəticələri sürətlə əldə olunmayacaq: "Çünki peyvəndin hamıya eyni vaxtda vurulması mümkün deyil. Peyvənd nə qədər çox vurularsa, təbii ki, qorunma ehtimalı da bir o qədər çoxdur, xəstələnmə ehtimalı azdır. Bütün bunlar prosesin nə qədər davam edəcəyindən asılıdır".
Həkim əlavə edib ki, pandemiyanın başa çatmasında peyvəndlərin müstəsna rolu olacaq: "İnfeksion xəstəliklərdə birinci qoruyucu vasitə peyvənddir. Peyvənd vurulduqdan sonra yoluxma sayı əlbəttə ki, azalacaq. Problemi tamamilə həll etməsə də, yoluxma sayı idarə olunan səviyyədə olacaq".
Məlumat üçün bildirək ki, 100-dən çox ölkə (Türkiyə, İndoneziya, Braziliya, Çili, Sinqapur, Malayziya, Filippin, Ərəb ölkələri və s. dövlətlər) "Sinovac" vaksinini sifariş edib. İstehsalçı "Sinopharm" şirkəti açıqlama verib ki, artıq 500 milyon doza vaksin istehsal olunub.
Diqqəti cəlb edən məqam odur ki, hazırda Çində gündəlik yoluxmaların sayı 20-30 nəfər arasındadır. Bu, dünya üzrə ən aşağı göstəricilərdən biridir.
Aytən Məftun

Dostlarınla Paylaş

İnfeksion xəstəliklərdə birinci qoruyucu vasitə peyvənddir - Həkim
İnfeksion xəstəliklərdə birinci qoruyucu vasitə peyvənddir - Həkim - Sağlamlıq xəbərləri
İnfeksion xəstəliklərdə birinci qoruyucu vasitə peyvənddir - Həkim, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda

Saytda 69 nəfər

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Məlumat Axtar, Kinolar, Seriallar, Android Dünyası, Hansı gün doğuldun?, Instagram-dan video(şəkil) yüklə, İşığa borcunu öyrən, Qaza borcunu öyrən, Suya borcunu öyrən, Whatsapp Plus 2021, Instagram Plus, Youtube Plus, Online Dərsliklər, Inşalar toplusu, Atalar Sözləri və Məsəllər, Geniş Kitabxana, Qadın Dünyası, Bürclərin Sirri, Islam Aləmi, Aforizmlər - Dahilərin sözləri, Online Xəritə, Koronavirus canlı izlə(COVID-19, II Dərəcə Tənlik Hesabla, Futbol Nəticələri, Idman Xəbərləri, Namaz vaxtları, Valyuta Məzənnəsi, Valyuta Hesabla, Webmoney Hesabla(WMR), Online Tərcümə, Tapmacalar, Bürc-il Yoxla, Doġum gününü hesabla, Ideal çekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Silinmiş şəkillərin geri qaytarılması, Wap+Web Skaner, Domen Yoxla, IP Axtar, Qrab Yarat, Kodlaşdırma, Simvol Kodları, Hərf Kodları, Rəng Kodları, Saytın şəklini çek, Telefon modelini dəyiş, Smayl düzəlt, Icon düzəlt, Button düzəlt, Lətifələr, Qurani Kərim - Səsli(Azərbaycanca), Qurani Kərim - Səsli(Türkcə), Qurani Kərim - Səsli(Rusca), Qurani Kərim - Səsli(Ərəbcə), Nağıllar, Dərman Axtar(Qiyməti), Tanınmış Simalar, Maraqlı Məlumatlar, Moda - Gözəllik, Sağlamlıq, Ailə və Uşaq, Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin, Show Biznes, Qarışıq Xəbərlər, Online Foto, Ən Son Xəbərlər, Koronavirusla Mübarizə Testi
xml | xml2 | html | ror | wikipedia

©Tatli.Biz 2010-2021