Kiçik işemik insult baş ağrısı formasında keçə bilər... - XƏBƏRDARLIQ

Kiçik işemik insult baş ağrısı formasında keçə bilər... - XƏBƏRDARLIQ


Hər qadın gözəl görünməyə layiqdir

Kiçik işemik insult baş ağrısı formasında keçə bilər... - XƏBƏRDARLIQ

Kiçik işemik insult baş ağrısı formasında keçə bilər... - XƏBƏRDARLIQ
Kiçik işemik insult baş ağrısı formasında keçə bilər.

Bu barədə N.N.Bloxin adına Milli onkoloji tibbi araşdırma mərkəzinin Elmi-Tədqiqat kliniki və eksperimental radiologiya institutunun baş həkimi Yekaterina Kobyakova məlumat verib. Bu barədə "Arqumentı i faktı" qəzeti yazıb.

Rusiyalı həkimin sözlərinə görə, bu zaman ağrının harada baş verməsini müəyyən etmək çətinləşir.

Kiçik insult zamanı insan əzələ zəifliyi hiss edir. İstənilən hərəkət apatiya, başgicəllənməsi, arterial təzyiqin yüksəlməsi və hafizənin pozulması ilə müşayiət edilir. Mütəxəssis xatırladıb ki, bundan əlavə baş ağrıları baş beyinin xoş və bəd xassəli şişlərinin əlaməti ola bilər.

"Baş beyinin bir çox şişləri özünü səhərlər müşahidə edilən baş ağrıları ilə büruzə verə bilər" - həkim qeyd edib.

Ölümcül xəstəliklərin, məsələn, nitq, eşitmə, iybilmə və dadbilmə, hərəkət koordinasiyasının pozuntuları, ürəkbulanma və qusma ilə bağlı problemlər meydana çıxarsa, təcili olaraq həkimə müraciət etmək lazımdır.

Dostlarınla Paylaş

Saytda 83 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024