Koronavirus ilə ağır sətəlcəmi sağaldan dərman kəşf edildi


Sağlamlıq
Sağlamlıq xoşbəxt həyatın əsas şərti və təminatıdır

Koronavirus ilə ağır sətəlcəmi sağaldan dərman kəşf edildi

Koronavirus ilə ağır sətəlcəmi sağaldan dərman kəşf edildi
Hipertoniyanın müalicəsində istifadə olunan dərmanlar yeni tip koronavirus infeksiyası ilə ağır sətəlcəmin inkişaf riskini də əhəmiyyətli dərəcədə azalda bilər.
Tatli.Biz xarici mətbuata istinadən xəbər verir ki, çinli alimlər müxtəlif antiviral preparatları təhlil etdikdən sonra bu nəticəyə gəlib. "MedRxiv" saytında yayımlanan hesabatda bildirilib ki, Çindəki 9 xəstəxanada 17 yanvar-28 fevral arasında koronavirus infeksiyasından müalicə olunan 564 xəstənin məlumatları araşdırılıb.
Aparılan araşdırma göstərib ki, spesifik olmayan antiviral dərmanlar ağır sətəlcəmin inkişafına əhəmiyyətli dərəcədə təsir edir. Hipertoniya üçün angiotenzin çevirici ferment inhibitorları (ACEI) və angiotenzin reseptoru II (ARB) blokerləri qəbul edərkən sətəlcəm riski əhəmiyyətli dərəcədə azalır.
Alimlər nəticələrin ilkin olduğunu və terapevtik xüsusiyyətlərin birmənalı olaraq təsdiqlənməsi və ya təkzib edilməsi üçün çox sayda iştirakçının iştirak etdiyi araşdırmanın aparılmasının lazım olduğunu izah edib.
Xatırladaq ki, daha əvvəl Rusiyanın Səhiyyə naziri Mixail Muraşko COVID-19-a qarşı dərman yaratdıqlarını demişdi. Onun sözlərinə görə, preparatın klinik sınaqları 10-12 gündən sonra başlayacaq.
Aytən Məftun

Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Koronavirus ilə ağır sətəlcəmi sağaldan dərman kəşf edildi - Sağlamlıq xəbərləri


Koronavirus ilə ağır sətəlcəmi sağaldan dərman kəşf edildi, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, Koronavirus ilə ağır sətəlcəmi sağaldan dərman kəşf edildi

Saytda 108 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021