Koronavirus təhlükəsi bu halda aradan qalxacaq - Həkim

Sağlamlıq xoşbəxt həyatın əsas şərti və təminatıdır

Koronavirus təhlükəsi bu halda aradan qalxacaq - Həkim

Koronavirus təhlükəsi bu halda aradan qalxacaq - Həkim
20 yaşdan yuxarı şəxslər arasında virusa yoluxanlar artmaqdadır. Hazırda ölkədə aktiv pandemiya şəraiti və ya yüksək yoluxma əmsalı davam edir. Sevindirici hal odur ki, qarşıdan yay gəlir, artıq vətəndaşlar qapalı məkanlarda nisbətən az toplaşacaqlar. Bu faktor COVID-19 infeksiyasının yayılmasının qarşısını alacaq.
Tatli.Biz xəbər verir ki, bu barədə TƏBİB-in eksperti, həkim-infeksionist Nəzrin Mustafayeva deyib. Həkim qeyd edib ki, insanlar arasında kontakt nə qədər az olarsa, yoluxma ehtimalı bir o qədər azalar:
"İsti hava şəraiti məhz bunun üçün əlverişli fürsətdir, eyni zamanda vurğulamaq istərdim ki, vaksin olunmuş şəxslər də vaksin olunmamış şəxslər qədər xəstəliyə yoluxa bilərlər. Lakin vaksin olunanlar virusu daha yüngül keçirəcəklər, xəstəxanaya yerləşdirilməkdən qurtulmuş olacaqlar.
Koronavirus təhlükəsi bu halda aradan qalxacaq - Həkim
Vaksinasiyadan təxminən bir ay sonra bədəndə antikorlar formalaşır, ikinci dozadan sonra xəstəliyə qarşı immunitet yaranır. Vaksinasiyanın uğurla aparılması bizim kollektiv immunitetə çatmağımız yolunda çox mühüm addımdır. Dünyada pandemiyaya qarşı vaksinasiyadan uğurlu addım yoxdur. Odur ki, insanlar bu məsələdə tədbirli davranmalıdır. Əgər peyvənd olunanlarla yoluxanların sayı ümumi əhalinin 70-75 faizini təşkil edərsə, o zaman koronavirus təhlükəsinin sovuşacağı və bəzi məhdudiyyətlərin aradan qalxacağı ehtimal olunur".
Aytən Məftun

Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Qadın ve cemiyyet, Tanınmış qadın simalar, Huquq və qadın haqları, Qadın və din, Qadın və texnologiya, Qadın və təhsil, Şəxsi inkişaf, Fitnes ve pehriz, Pəhriz (diet), Arıqlama sirləri, Şəxsi təcrubə, Fitness, Sellulit, Arıqlama vasitələri, Kokəlmə sirləri, Sağlamliq, Sağlamlıq xəbərləri, Qadın xəstəlikləri, Duzgun qidalanma, Xalq təbabəti, Aroma və fitoterapiya, Kontrasepsiya və abort, Menstruasiya, Masaj

Saytda 165 nəfər
Tatli.Biz
MobTop.az
©Tatli.Biz 2010-2021