Koronavirusa qarşı müqaviməti evdə də ölçmək mümkün olacaq

Koronavirusa qarşı müqaviməti evdə də ölçmək mümkün olacaq


Hər qadın gözəl görünməyə layiqdir

Koronavirusa qarşı müqaviməti evdə də ölçmək mümkün olacaq

Koronavirusa qarşı müqaviməti evdə də ölçmək mümkün olacaq
Rus alimləri evdə koronavirusa qarşı immunitetin olub-olmadığını təyin edən cihaz hazırlayıb.
Tatli.Biz xəbər verir ki, smartfon tətbiqindən və biosensordan ibarət portativ cihaz qanda antitellərin səviyyəsini ölçəcək.
Layihə "Rəqəmsal Materialşünaslıq: Yeni Materiallar və Maddələr" və "Rusiya Kompozitləri" fənlərarası mühəndislik mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Sistemin IgM və IgG antitellərini "görməsi" və onları ayırd edəcəyi gözlənilir.
"Aptamerləri biosensitiv material kimi istifadə edirik. Bunlar xəstəlik markerləri ilə xüsusi olaraq qarşılıqlı əlaqəli olan qısa, süni şəkildə sintez edilmiş DNT və ya RNT parçalarıdır. Aptamerlər azaldılmış qrafen oksid keçirici təbəqəsi ilə örtülmüş bir çipin üzərinə yerləşdirilir. Antitellər əlavə elektron əldə edir və ya onu itirir. Bu, keçirici təbəqənin müqavimətini dəyişir. Oradan keçən cərəyan artır və ya azalır. Bu da cihaz tərəfindən qeyd olunur", - fənlərarası mühəndislik mərkəzinin aparıcı mühəndisi İvan Komarov deyib.
Cihaz qan şəkərini ölçən aparatla bənzərlik təşkil edir.
Zümrüd

Dostlarınla Paylaş

Saytda 118 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2025