Koronavirusa yoluxanlarda əsas risk faktorları müəyyən edildi

Koronavirusa yoluxanlarda əsas risk faktorları müəyyən edildi


Hər qadın gözəl görünməyə layiqdir

Koronavirusa yoluxanlarda əsas risk faktorları müəyyən edildi

Koronavirusa yoluxanlarda əsas risk faktorları müəyyən edildi
Koronavirusa yoluxanlar xüsusilə mərkəzi sinir sisteminin zədələnməsi və nevroloji problemlərlə qarşılaşa bilərlər.
Tatli.Biz "Lente.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Beyin və Neyrotexnologiya Mərkəzinin idrak zəifliyi şöbəsinin müdiri, tibb elmləri doktoru Anna Boqolepova danışıb.
"COVID-19-da beyin qan dövranının kəskin pozulmaları diqqət çəkir. COVID-19 xəstələrində açıq-aşkar şəkərli diabet, koroner ürək xəstəliyi və arterial hipertoniya ilə müşayiət olunan risk faktorlarının olması insultun inkişafında əsas əhəmiyyət daşıyır" , - həkim bildirib.
Bundan əlavə, mütəxəssisin sözlərinə görə, COVID-19-un şiddətli gedişi iltihabi dəyişikliklərə, qan laxtalanma pozğunluqlarına və mikrodamar yatağının zədələnməsinə səbəb olur.
Xatırladaq ki, bioloq Ança Baranova koronavirus infeksiyasının ağır gedişinin səbəblərini genetik meylliliklə əlaqələndirmişdi. Adi laboratoriyalarda belə bir meylliliyi öryənmək üçün DNT testləri etmək çətindir, lakin test aparılarsa, genetik COVID-19-un ağır riskləri barədə fikir söyləyə bilər.
Aytən Məftun

Dostlarınla Paylaş

Saytda 74 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023