Koronavirusdan ölüm riskini artıran əsas amillər AÇIQLANDI

Koronavirusdan ölüm riskini artıran əsas amillər AÇIQLANDI


Hər qadın gözəl görünməyə layiqdir

Koronavirusdan ölüm riskini artıran əsas amillər AÇIQLANDI

Koronavirusdan ölüm riskini artıran əsas amillər AÇIQLANDI
İngiltərədəki Oksford Universitetinin alimləri koronavirusun hansı hallarda ölüm riskini artırdığını açıqlayıb.
Tatli.Biz xəbər verir ki, araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub. Tədqiqatçılar Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin nəzarətində olan xəstələrin və ölənlərin məlumatlarını təhlil edib.
Alimlər müəyyənləşdiriblər ki, kişilər, yaşlılar və tək yaşayan insanlar COVID-19-dan 1,59 qat daha çox ölürlər. Bundan əlavə, Afrika və Asiya əsilli insanlar da artan risk altındadır. 80 yaşdan yuxarı insanlarda koronavirus infeksiyası nəticəsində ölüm riski 50-59 yaş arası insanlara nisbətən 20 dəfə daha yüksəkdir.
Təhlükəli amillər arasında piylənmə, diabet, ağır astma və digər tənəffüs xəstəlikləri, ürək, qaraciyər, nevroloji və otoimmün xəstəliklər də var.
Aytən Məftun

Dostlarınla Paylaş

Saytda 38 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023