Hər qadın gözəl görünməyə layiqdir
Koronavirusdan sağalanlar da peyvənd olunmalıdır - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa yoluxub sağalan şəxslərin vaksinasiya olunmasını tövsiyə edib.
Tatli.Biz xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Sumya Svaminatan danışıb.
Onun sözlərinə görə, koronavirusdan sağalan şəxslərin heç də hamısında kifayət qədər güclü immunitet formalaşmır. Bu daha çox xəstəliyi yüngül formada keçirənlərə aiddir. Buna görə də ÜST həmin şəxslərin də vaksinasiyaya cəlb edilməsini tövsiyə edir.