Maska taxarkən yol verilən 5 səhv

Maska taxarkən yol verilən 5 səhv


Hər qadın gözəl görünməyə layiqdir

Maska taxarkən yol verilən 5 səhv

Maska taxarkən yol verilən 5 səhv
Maskanı düzgün taxmamaq

Üzünüzdə maska olması nə sizi, nə də ətrafınızdakıları covid-19-dan qorumur. Maskanın sizi qoruması üçün mütləq burnunuz və çənəniz maskanın içində olmalıdır.

Maskaya toxunmaq və çıxarıb taxmaq

Maska taxarkən qorunmaq istəyirsinizsə, danışarkən maskanı aşağı salmayın və daha əvvəl başqa yerlə təmas etmiş əllərinizlə maskaya toxunmayın. Yoxsa virusu yayarsınız.

Maskanı taxmadan əvvəl əlləri yumamaq

Evdən çıxarkən maskanı taxmadan əvvəl əlləriniz su və sabunla yuyub, dezinfeksiya edin.

Parça maskanı yumamaq
Mütəxəssislər parça maskaların yuyulmadan istifadə edilməsini geyindiyiniz paltarı yumadan təkrar-təkrar geyinməklə eyniləşdirirlər. Xüsusilə, virus varkən bu təhlükəlidir.

Birdəfəlik istifadə üçün olan maskaları yenidən istifadə etmək
Mütəxəssislər birdəfəlik istifadə üçün olan maskaların yenidən istifadə etməyin təhlükəli olduğunu bildirirlər. İstifadə olunduqca filtrləri korlanır, rezinləri boşalır, qoruma təsiri zəifləyir və üzünüzə tam oturmur.

Dostlarınla Paylaş

Saytda 54 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024