"Omikron" ağciyərləriniz üçün nə qədər təhlükəlidir? - Alimlər AÇIQLADI

"Omikron" ağciyərləriniz üçün nə qədər təhlükəlidir? - Alimlər AÇIQLADI


Hər qadın gözəl görünməyə layiqdir

"Omikron" ağciyərləriniz üçün nə qədər təhlükəlidir? - Alimlər AÇIQLADI


"Omikron" variantı digər COVID-19 ştamları ilə müqayisədə ağciyərlərə daha az ziyan vurur.
Tatli.Biz xəbər verir ki, bu barədə Vaşinqton Universiteti Tibb Məktəbi, Madisondakı Viskonsin Universiteti və Tokio Universitetinin amerikalı və yapon alimlərinin tədqiqatının müvafiq ilkin nəticələri "Research Square" nəşrində dərc olunub
Tədqiqatçılar siçanlar və hamsterlər üzərində apardıqları bir sıra təcrübələr nəticəsində belə qənaətə gəliblər. "Omikron"la yoluxmuş heyvanlar əksər hallarda xəstəliyin daha yüngül simptomlarını yaşayıblar və arıqlama ehtimalı daha az olub.
Daha əvvəl Kembric Terapevtik İmmunologiya və Yoluxucu Xəstəliklər İnstitutunun alimləri bildirmişdilər ki, "omikron" ştamı ağciyər hüceyrələri üçün "delta" və digər ştamlar kimi təhlükəli deyil.
"The Telegraph" Cənubi Afrika Milli Yoluxucu Xəstəliklər İnstitutunun tədqiqatçılarına və onların Pretoriya Universitetindən olan həmkarlarına istinadən yazıb ki, koronavirusun "omikron" ştamı əvvəlkilərlə müqayisədə 75% aşağı ölüm nisbətinə malikdir. Tədqiqatçıların fikrincə, tezliklə epidemiyaya son qoyacaq və endemik fazaya gətirib çıxaracaq "xəstəlik və ölüm göstəricilərinin tam ayrılması" baş verəcək.
Yeni B.1.1.529 ştamı noyabrın 20-sində Botsvana və Cənubi Afrikada aşkar edilib. Tərkibində patogenin hüceyrələrə yoluxması üçün lazım olan S-zülalında onlarla mutasiya var. Ehtimal olunur ki, B.1.1.529 əvvəlcə immun çatışmazlığı olan bir şəxsdə - QİÇS xəstəsində və ya HİV-ə yoluxmuş şəxsdə inkişaf edib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) B.1.1.529-u "narahatlıq doğuran" variant olaraq təyin edib və yunan əlifbasına uyğun olaraq "omikron" adlandırıb. Mütəxəssislər hesab edir ki, artıq xəstələnmiş və peyvənd olunan şəxslər yoluxa bilər və simptomlar yorğunluqdan tutmuş baş və bədən ağrılarına qədər dəyişir.
Akqabay

Dostlarınla Paylaş

Saytda 57 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023