Ömrü uzatmağın effektiv yolu tapıldı


Sağlamlıq
Sağlamlıq xoşbəxt həyatın əsas şərti və təminatıdır

Ömrü uzatmağın effektiv yolu tapıldı

Ömrü uzatmağın effektiv yolu tapıldı
Stenford Tibb Məktəbinin (ABŞ) alimləri məşqlərin ürək əzələlərini bərpa etmək və ömrü artırmaq üçün təsirli yol olduğunu bildirib.
Tatli.Biz xəbər verir ki, tədqiqatçılar laboratoriya siçanlarının üzərində apardığı təcrübəyə əsasən bu nəticəyə gəlib. Nəticələr "Nature Metabolism" jurnalında dərc olunub.
Məşqin təsiri yalnız yaşlı heyvanlarda müşahidə edilib, həkimlər bunu əzələ kök hüceyrələrinin cavanlaşması ilə əlaqələndirib. Bədənin hər hansı digər hüceyrəsinə çevrilə biləcək embrional və ya induksiya olunmuş pluripotent kök hüceyrələrdən fərqli olaraq toxuma üçün xüsusi kök hüceyrələri imkanları məhduddur. Əzələlərdə zədələnmiş toxumaların bərpası üçün məsuliyyət daşıyırlar, ancaq yaşla əlaqədar olaraq bu hüceyrələr tədricən funksiyalarını itirirlər.
Tədqiqatda gəmiricilər fırlanan çarxa qoyulub. Yaşlı siçanlar hər gecə orta hesabla beş kilometr, cavan siçanlar isə 10 kilometr qaçıb. Sonrakı analiz göstərib ki, cavan heyvanlarda məşqə cavab olaraq yeni əzələ lifləri əmələ gəlməyib. Eyni zamanda, müntəzəm olaraq qaçan yaşlı siçanların daha yaxşı əzələ kütləsinə sahib olduğu üzə çıxıb.
Aytən Məftun

Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Ömrü uzatmağın effektiv yolu tapıldı - Sağlamlıq xəbərləri


Ömrü uzatmağın effektiv yolu tapıldı, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, Ömrü uzatmağın effektiv yolu tapıldı

Saytda 74 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021