Peyvəndin əks təsirləri iki gündən çox davam edərsə...

Peyvəndin əks təsirləri iki gündən çox davam edərsə...


Hər qadın gözəl görünməyə layiqdir

Peyvəndin əks təsirləri iki gündən çox davam edərsə...

Peyvəndin əks təsirləri iki gündən çox davam edərsə...
Türkiyəli infeksionist və mikrobioloq Ümit Savaşçı peyvənddən meydana gələn ağrı və əks təsirlərdən söz açıb.
Tatli.Biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis xüsusilə BioNTech peyvəndindən sonra kəskin əzələ, oynaq ağrıları yarandığını və halsızlıq olduğunu bildirib.
"Bəzi insanlarda ilk dozadan sonra, bəzilərində isə ikinci dozadan sonra daha ağır əlamətlər ola bilər. Bədənin daha çox antikor yaratmaq səyləri çox olduğundan xüsusən BioNTech peyvəndinin əks təsirlər bir qədər çoxdur. Ancaq 38 dərəcədən yuxarı hərarət, şiddətli boğaz ağrısı, öskürək, baş ağrısı keçməzsə, qoxu və dadbilmə duyğusu yox olarsa, ishal inkişaf edərsə, 2 gündən sonra oynaq ağrıları keçməzsə, bu şəxsdə də koronavirusa yoluxa bilər. Peyvəndin əks təsirləri yaxşı araşdırılmalıdır.
Təəssüf ki, peyvənd olunduqdan 2-3 sonra koronavirus əlamətləri olan və test cavabı müsbət çıxan vətəndaşlarımız var. Dolayısı ilə vaksin vurduranlar öz şikayətlərinə diqqət etsinlər. Sinovac vaksinləri inaktivləşdirilmiş vaksinlər olduğu üçün virusa yoluxdurmasından söhbət gedə bilməz. Onun xəstələndirmə ehtimalı yoxdur. Virusa yoluxma səbəbini peyvənddə görməsinlər.
Şikayətlər 2 gündən çox davam edirsə, hərarət, halsızlıq, oynaq ağrıları daha şiddətli olursa, sinə və bel ağrıları meydana gəlirsə, ishal da bu siyahıya daxil olursa, o zaman mütləq PCR testi etdirmək lazımdır".
Aytən Məftun

Dostlarınla Paylaş

Saytda 129 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024