"Pfizer" peyvəndinin uşaqlarda effektivlik dərəcəsi açıqlandı

"Pfizer" peyvəndinin uşaqlarda effektivlik dərəcəsi açıqlandı


Hər qadın gözəl görünməyə layiqdir

"Pfizer" peyvəndinin uşaqlarda effektivlik dərəcəsi açıqlandı


"Pfizer-BioNTech" peyvəndinin uşaqlarda effektivlik dərəcəsi açıqlanıb.
Tatli.Biz "Haber Global"a istinadən xəbər verir ki, ABŞ Qida və Dərman Mərkəzi bununla bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb.
Məlum olub ki, peyvənd 5-11 yaş arası uşaqlarda 90,7 faiz effektivlik göstərir.
Araşdırma müddtində 5-11 yaş arası 2 268 uşaq üç həftə ara ilə normal dozanın 1/3 hissəsi ilə peyvəndlənib və onlarda immun sisteminin yarandığı müəyyən edilib.
ABŞ Qida və Dərman Mərkəzi oktyabrın 26-da 5-11 yaş qrupu üçün peyvəndin təsdiq edilib-edilməyəcəyi barədə yekun qərarını açıqlayacaq. Qərar müsbət olarsa, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzi peyvəndlərin necə tətbiq edilməsinə dair tövsiyələr vermək üçün noyabrın 2-3-də görüş keçirəcək.

Dostlarınla Paylaş

Saytda 33 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024