Suya qatınca keçəlliyin, bala qatınca öskürəyin çarəsi

Suya qatınca keçəlliyin, bala qatınca öskürəyin çarəsi


Hər qadın gözəl görünməyə layiqdir

Suya qatınca keçəlliyin, bala qatınca öskürəyin çarəsi

Suya qatınca keçəlliyin, bala qatınca öskürəyin çarəsi
Əgər dəmlədiyimiz çaya bir neçə dənə mixək də atsaq, sevimli içkimiz daha ləzzətli, həm də cana faydalı olar.
Mixəyin orqanizmə mübət təsiri, sağlamlığa faydaları saysız hesabsızdır. Çünki onun tərkibi orqanizm üçün vacib olan vitamin və mikroelementlərlə zəngindir.
- Antiseptikdir. Mikrobları öldürür.
- Ağrı kəsicidir. Baş və diş ağrılarını aradan qaldırır.
- Diş və diş əti xəstəliklərinin müalicəsində kömək edir.
- İştahanı açır.
- İmmuniteti artırır.
- Ürəyi möhkəmləndirir.
- Qaraciyər üçün faydalıdır.
- Həzmi asanlaşdırır. Həzm sisteminin fəaliyyətini artırır.
- Dəri xəstəliklərinə qarşı faydalıdır.
- Yorğunluğu aradan qaldırır.
- Yaddaşı möhkəmləndirir.
- Soyuqdəyməyə qarşı faydalıdır.
- Görmə qabiliyyətini artırır.
- Öskürəyi kəsir.
- Temperaturu aşağı salır.
- İshalı kəsir.
- Bağırsaq qurdlarını salır.
- Doğumu asanlaşdırır.
- Yuxusuzluğu aradan qaldırır.
- Ağız qoxusuna qarşı faydalıdır.
- Ağız yaraları və iltihabları sağaldır.
- Beyin üçün faydalıdır.
- Mixək yağı göbələk xəstəliklərinin müalicəsinə kömək edir.
Xalq təbabətində mixək çox geniş istifadə olunur.
Tatli.Biz Tatli.Biz-a istinadla bəzi xalq təbabəti reseptlərini sizə təqdim edir:
- 200 ml süd qaynama dərəcəsinə çatana qədər qızdırılır, içərisinə üyüdülüb toz halına salınmış 5 ədəd mixək əlavə edilərək zəif ocaqda 3-5 dəqiqə dəmlənir. Angina və güclü hıçqırıqlar zamanı isti halda ağızda saxlanaraq içilir.
- 100 ml suyun üzərinə 1 xörək qaşığı mixək əlavə edilir, zəif ocaqda qaynayana qədər saxlanır, soyudulur, süzülür və və ağzı bağlı şüşə qabda soyuducuda saxlanır. Saçların dibinə çəkilir, 2 saatdan sonra adi qayda ilə yuyulur. Tez bir zamanda tökülmüş saçların yerində kiçik saçlar çıxdığını görəcəksiniz.
- 1 çay qaşığı balın üzərinə 1 çimdik mixək tozu əlavə edilərək qarışdırılır. Soyuqdəymə və öskürək zamanı səhər və axşam qəbul edilir.Öskürəyi bıçaq kimi kəsir!

Dostlarınla Paylaş

Saytda 146 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024