ÜST-dən ölkələrə ÇAĞIRIŞ

ÜST-dən ölkələrə ÇAĞIRIŞ


Hər qadın gözəl görünməyə layiqdir

ÜST-dən ölkələrə ÇAĞIRIŞ

ÜST-dən ölkələrə ÇAĞIRIŞ
Ümumdünya Səhiyyə Təşkilatı səhiyyə işçilərinin koronavirusdan qorunması üçün daha çox səy göstərməyin lazım olduğunu bildirib.
Tatli.Biz xarici mətbuata istinadən xəbər verir ki, ÜST pandemiyanın əvvəlindən bu günə qədər tibb işçilərinin qarşılaşdığı riskin ölçüsünü qiymətləndirib.
Açıqlamada bildirilib ki, keçən ildən bəri tibb işçiləri yalnız COVID-19 səbəbilə deyil, həm də iş yüklərinin artması nəticəsində həddən artıq psixoloji gərginlik, stress səbəbindən xroniki yorğunluqdan əziyyət çəkir.
Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, 2020-ci ilin yanvarından 2021-ci ilin may ayına qədər dünyada 80-180 min tibb işçisi COVID-19 səbəbilə həyatını itirib.
ÜST üzv ölkələri bu müddət ərzində koronavirusa yoluxmuş xəstələrlə işləyən həkimlərin sağlamlıq vəziyyətini daim nəzarətdə saxlamağa çağırıb.
Aytən Məftun

Dostlarınla Paylaş

Saytda 71 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023