ÜST-dən TÖVSİYƏ: Koronavirus xəstələrinin müalicəsində bu dərmandan istifadə etməyin

ÜST-dən TÖVSİYƏ: Koronavirus xəstələrinin müalicəsində bu dərmandan istifadə etməyin


Hər qadın gözəl görünməyə layiqdir

ÜST-dən TÖVSİYƏ: Koronavirus xəstələrinin müalicəsində bu dərmandan istifadə etməyin

ÜST-dən TÖVSİYƏ: Koronavirus xəstələrinin müalicəsində bu dərmandan istifadə etməyin
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyası olan xəstələrin müalicəsində "Remdesivir" dərmanından istifadə etməməyi tövsiyə edib.
Tatli.Biz xarici mətbuata istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti dərman istifadəsi ilə bağlı təlimatların hazırlanması ilə məşğul olan beynəlxalq ekspert qrupunun nəticələrinə istinad edərək məlumat verib.
ÜST bu günə qədər xəstəliyin şiddətindən asılı olmayaraq, dərmanın xəstənin tez sağalmasına təsirinə dair bir dəlil olmadığını vurğulayıb. Bundan əlavə, ventilyasiya ehtiyacını azaltmasına təsiri barədə heç bir dəlil tapılmayıb.
Eyni zamanda dərmanın klinik praktikada rolu aydın deyil. Ekspertlərin bu tövsiyəsi 7000-dən çox xəstənin iştirak etdiyi beynəlxalq sınaqların nəticələrinin təhlilinə əsaslanır.
O da qeyd olunub ki, "Remdesivir"in spesifik xəstə qruplarına təsirini araşdırmaq üçün tədqiqatlar davam etdirilməlidir.
Aytən Məftun

Dostlarınla Paylaş

Saytda 136 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2025