ÜST-dən valideynlərə XƏBƏRDARLIQ: Peyvəndi vaxtında vurdurun

ÜST-dən valideynlərə XƏBƏRDARLIQ: Peyvəndi vaxtında vurdurun


Hər qadın gözəl görünməyə layiqdir

ÜST-dən valideynlərə XƏBƏRDARLIQ: Peyvəndi vaxtında vurdurun

ÜST-dən valideynlərə XƏBƏRDARLIQ: Peyvəndi vaxtında vurdurun
Ümumdünya Səhiyyə Təşkilatı Avropada koronavirus infeksiyası ilə əlaqədar vəziyyətin pisləşdiyini açıqlayıb.
Tatli.Biz xəbər verir ki, bu barədə ÜST-nin Rusiya Federasiyasındakı rəsmi nümayəndəsi Melita Vuynoviç mətbuat konfransında danışıb.
"Avropa bölgəsindəki bir çox ölkədə koronavirusun yayılmasında artım olduğunu görürük. Lakin Rusiyada artım yoxdur", - Vuynoviç açıqlamasında qeyd edib.
ÜST təmsilçisi rutin peyvəndlərin bərpa olunmasının vacibliyini qeyd edib. Ekspert valideynlərə sosial şəbəkələrdə yayılan əsassız xəbərlərə inanmamağı və uşaqlara peyvəndin vurulmasından imtina etməmələrini tövsiyə edib.
Xatırladaq ki, Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Qinzburq COVID-19 xəstələrinin sayında artımın kütləvi immunitet səviyyəsi artana qədər davam edəcəyini demişdi.
Aytən Məftun

Dostlarınla Paylaş

Saytda 125 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2025