Bu gün 7 məqalə əlavə olundu
Sağlamlıq
Sağlamlıq xoşbəxt həyatın əsas şərti və təminatıdır

Vaksinasiyanı istəməyənlər xalqın düşmənləridir! - Radioloq

Vaksinasiyanı istəməyənlər xalqın düşmənləridir! - Radioloq
"Bütün liftlərdə, apteklərdə, marketlərdə və digər qapalı məkanlarda, hətta COVID-19 xəstələri olan evlərdə, koronavirus xəstəxanalarında ultrabənövşəyi şüa saçan lampalar quraşdırılsa, yaxşı olar. Ultrabənövşəyi şüalar havada və səthlərdə olan koronavirusları və digər zərərli mikroorqanizmləri bir neçə saniyəyə məhv edir. Bu lampalar bu məkanlarda gün ərzində 3-4 dəfə, təqribən 5-10 dəqiqə ərzində, liftlərdə isə daimi istifadə edilsə, yaxşı olar".
Tatli.Biz xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev deyib. Həkim bildirib ki, peyvənd tez gətirilsə, yaxşı olar, gələn kimi hamımız peyvəndlənsək, daha yaxşı olar, yalnız bu halda normal - əvvəlki həyatımıza dönə bilərik!
1. Qəti surətdə ağızdan ağıza, qonşuların, qohumların məsləhəti ilə müalicələr etməyin! Çox vacibdir! Son günlərdə özbaşına müalicə alıb ağırlaşan və hətta ölən xəstələr müşahidə edirik təəssüflər olsun ki!
2. Heç bir şikayəti olmayanlar - xəstəlik əlamətləri olmayanlar, profilaktika üçün heç bir dərman, sistem qəbul etməyin! Bunların xeyri yox, ziyanı olur!
3. Əgər sizdə COVID-19-un əlamətləri başlayıbsa, panik olub antibiotik, sistem, "Deksametazon" qəbul etməyin! İlk günlərdə bunların xeyri yox, ziyanı olur!
4. Əlamətlər başlayan ilk 5 gündə "Favipiravir" preparatı kömək edir.
5. İlk 1 həftədə şəkərli diabeti və digər damar xəstəlikləri olmayanlar, qızdırması 38-dən aşağı olanlar, mədə və onikibarmaq bağırsaq xorası olmayanlar gündə 1 dəfə 100 mq "Aspirin" yeməkdən sonra, vitamin C - gündəlik 1000 mq-a qədər, vitamin D - gündəlik 3500 tv, sink, selen, maqnezium qəbul etsin.
6. Bununla bərabər qızdırma 38-dən yuxarı qalxarsa, əlavə olaraq 500 mq "Parasetamol" və ya "Parasetamol" tərkibli "Qriphot", "Coldrex" və s. qəbul edə bilərsiniz.
7. Saturasiyası 90-dan aşağı düşərsə, təcili yardıma zəng edib stasionar müalicə tələb edin!
8. Xəstəlik əlamətləri olanlar qanın ümumi analizi, crp, koaquloqramma, d-dimer, ferritin analizləri versə, yaxşı olar.
9. Saturasiya 90-dan aşağı düşərsə, mütləq KT müayinəsi edin!
10. Professional, COVID-19 xəstəliyinin müalicəsi ilə məşğul olmayan həkimin məsləhəti olmadan antibiotik, "Deksametazon" qəbul etməyin!
11. 3 məşhur qaydaya - maska, məsafə və əl gigiyenasına ciddi riayət edin! Özünüzü qoruyun!
12. Rəsmi statistik məlumatlara görə yoluxma sayının azalması bizi aldatmamalıdır! Xəstə sayı əslində daha çoxdur! Testi pozitiv olub evdən çıxanlara cinayət işi açıldığına görə bir çox insanlar qorxusundan test analizi vermir!
13. Peyvənd (vaksin) barədə deyilən neqativ fikirlərə əhəmiyyət verməyin! Vaksinasiyanı istəməyənlər xalqın düşmənləridir!
Aytən Məftun

Dostlarınla Paylaş

Vaksinasiyanı istəməyənlər xalqın düşmənləridir! - Radioloq | Tatli.Biz
Vaksinasiyanı istəməyənlər xalqın düşmənləridir! - Radioloq - Sağlamlıq xəbərləri
Vaksinasiyanı istəməyənlər xalqın düşmənləridir! - Radioloq, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda

Saytda 105 nəfər

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Məlumat Axtar, Kinolar, Seriallar, Android Dünyası, Hansı gün doğuldun?, Instagram-dan video(şəkil) yüklə, İşığa borcunu öyrən, Qaza borcunu öyrən, Suya borcunu öyrən, Whatsapp Plus 2021, Instagram Plus, Youtube Plus, Online Dərsliklər, Inşalar toplusu, Atalar Sözləri və Məsəllər, Geniş Kitabxana, Qadın Dünyası, Bürclərin Sirri, Islam Aləmi, Aforizmlər - Dahilərin sözləri, Online Xəritə, Koronavirus canlı izlə(COVID-19, II Dərəcə Tənlik Hesabla, Futbol Nəticələri, Idman Xəbərləri, Namaz vaxtları, Valyuta Məzənnəsi, Valyuta Hesabla, Webmoney Hesabla(WMR), Online Tərcümə, Tapmacalar, Bürc-il Yoxla, Doġum gününü hesabla, Ideal çekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Silinmiş şəkillərin geri qaytarılması, Wap+Web Skaner, Domen Yoxla, IP Axtar, Qrab Yarat, Kodlaşdırma, Simvol Kodları, Hərf Kodları, Rəng Kodları, Saytın şəklini çek, Telefon modelini dəyiş, Smayl düzəlt, Icon düzəlt, Button düzəlt, Lətifələr, Qurani Kərim - Səsli(Azərbaycanca), Qurani Kərim - Səsli(Türkcə), Qurani Kərim - Səsli(Rusca), Qurani Kərim - Səsli(Ərəbcə), Nağıllar, Dərman Axtar(Qiyməti), Tanınmış Simalar, Maraqlı Məlumatlar, Moda - Gözəllik, Sağlamlıq, Ailə və Uşaq, Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin, Show Biznes, Qarışıq Xəbərlər, Online Foto, Ən Son Xəbərlər, Koronavirusla Mübarizə Testi
xml | xml2 | html | ror | wikipedia | media

©Tatli.Biz 2010-2021