Vaksinlə bağlı müsbət gözləntilərimiz var - ATU-nun dosenti


Sağlamlıq
Sağlamlıq xoşbəxt həyatın əsas şərti və təminatıdır

Vaksinlə bağlı müsbət gözləntilərimiz var - ATU-nun dosenti

Vaksinlə bağlı müsbət gözləntilərimiz var - ATU-nun dosenti
"Sinovac" vaksini Türkiyədə yoxlamadan keçib və 92 faizə yaxın nəticə verib. İndoneziyada da sınaqdan uğurla keçərək 97 faiz nəticə göstərib. Əksər ölkələrdə nəticə uğurludur. Azərbaycanda da bu vaksinin effekti sınaqdan keçirilən ölkələrdəki kimi olacaq".
Bu sözləri Tatli.Biz-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm deyib.
O bildirib ki, bu vaksin digər ölkələrdə əldə olunan nəticələrdən 1-2 faiz yuxarı və ya aşağı fərqlə ölkəmizdə də sınaqdan keçiriləcək: "Peyvəndləmə işi kimlərə həvalə olunacaqsa, onlar təlimatlandırılacaq və ayrılan məntəqələrdə vaksinasiya aparılacaq. Çində hazırda yoluxma çox aşağı səviyyədədir. Çox güman ki, vaksinasiyadan sonra ölkəmizdə də elə nəticə əldə olunacaq. Yoluxmaların sürətlə azalacağını düşünürəm. Vaksinlə bağlı müsbət gözləntilərimiz var".
Vaksinlə bağlı müsbət gözləntilərimiz var - ATU-nun dosenti
Ə.Rüstəm "Sinovac" vaksininin qiymətinin bir qədər yüksək olmasına baxmayaraq, effektinin daha çox olacağını qeyd edib: "İnsanlarda sual doğurur ki, biz nə üçün ən bahalı vaksin olan "Sinovac"ı alırıq. Çünki bu vaksin çox effektivdir. Ona görə də almağa dəyər. İlk növbədə peyvəndin effektiv olması önəmlidir. Qiyməti aşağı olanlar mənfi 70 dərəcə temperaturda saxlanılmalıdır. Onun üçün xüsusi soyuducular alınmalıdır. O soyuducuları almaq da qat-qat artıq qiymətə başa gəlir. Ancaq "Sinovac" adi soyuducuda saxlanılacaq. Əhaliyə ucuz və ya bahalı olmasının heç bir aidiyyəti yoxdur. Vətəndaşlarımız könüllü şəkildə və heç bir ödəniş etmədən peyvəndlənəcəklər".
Akqabay Mıradov

Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Vaksinlə bağlı müsbət gözləntilərimiz var - ATU-nun dosenti - Sağlamlıq xəbərləri


Vaksinlə bağlı müsbət gözləntilərimiz var - ATU-nun dosenti, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, Vaksinlə bağlı müsbət gözləntilərimiz var - ATU-nun dosenti

Saytda 67 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021