Virusoloq: "Meymunçiçəyinə qarşı peyvənd effektiv olsa da, təhlükəlidir

Virusoloq: "Meymunçiçəyinə qarşı peyvənd effektiv olsa da, təhlükəlidir


Hər qadın gözəl görünməyə layiqdir

Virusoloq: "Meymunçiçəyinə qarşı peyvənd effektiv olsa da, təhlükəlidir

Virusoloq:
Təbii çiçək xəstəliyinə qarşı peyvənd istənilən varianta, o cümlədən, pandemiya elan edilmiş meymunçiçəyinə qarşı təsirlidir. 
Tatli.Biz xəbər verir ki, bu barədə virusoloq, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Pyotr Çumakov "Lenta.ru" ya müsahibəsində danışıb. Eyni zamanda, o, hazırkı peyvəndin orqanizmin mənfi reaksiyalarına görə təhlükəli ola biləcəyini bildirib. Həkimin sözlərinə görə, təcili tapşırıq olarsa, təhlükəsiz peyvəndin hazırlanması çox vaxt aparmayacaq.
"Təbii çiçəyə qarşı indi mövcud olan peyvənd effektiv olsa da, ən qədim nəsil vaksinlərə aiddir və təhlükəlidir, çünki özlüyündə fəsadları kifayət qədər böyükdür. Ötən əsrin 60-cı illərindən sonra hardasa buna çox əhəmiyyət vermirdilər, amma bəzi fəsadların bir faizi var idi. İndi müasir standartlarla müqayisədə bu, bir faiz çox təhlükəlidir və buna görə də daha yeni nəsil vaksinlər hazırlanır", - mütəxəssis bildirib. 
Virusoloq Çumakov səpgiləri meymun xəstəliyinin xarakterik əlaməti adlandırıb. Xəstəliyin ilkin təzahürləri bir çox digər viral xəstəliklər kimi olduqca qeyri-səciyyəvidir, amma səpgi ilə xarakterizə olunur. 
"Dəridə səpgilər görünəndə onları başqa bir şeylə qarışdırmaq çətindir. Eyni koronavirus üçün bu, tipik deyil. Əlbəttə ki, dəridə kiçik bir səpgi ola bilər, ancaq yenə də meymunçiçəyindən fərqlidir".
Çumakov əlavə edib ki, meymunçiçəyinə yoluxma əsasən yaxın təmasda baş verir.
Qamaleya Epidemiologiya və Mikrobiologiya Elmi Mərkəzinin direktoru Aleksandr Qinzburq da meymun xəstəliyinə qarşı peyvəndin yaradılmasının zəruri olduğunu bildirib. O əlavə edib ki, bu gün yalnız Afrika qitəsində mövcud olan virusun dünyaya necə yayılmağa başladığı məlum deyil. 
Xatırladaq ki, iyunun 22-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun xəstəliyini pandemiya elan etdi və virusun keçdiyi yerdə mənfi təsirləri azaltmaq üçün təcili tədbirlər görülməli olduğunu vurğuladı. ÜST əlavə edib ki, meymunçiçəyi hazırda 58 ölkədə, ümumilikdə 3,417-dən çox infeksiya ilə müəyyən edilib.

Dostlarınla Paylaş

Saytda 64 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023