Virusoloqdan koronavirus müalicəsində istifadə edilən dərmanın ziyanları barədə xəbərdarlıq

Virusoloqdan koronavirus müalicəsində istifadə edilən dərmanın ziyanları barədə xəbərdarlıq


Hər qadın gözəl görünməyə layiqdir

Virusoloqdan koronavirus müalicəsində istifadə edilən dərmanın ziyanları barədə xəbərdarlıq

Virusoloqdan koronavirus müalicəsində istifadə edilən dərmanın ziyanları barədə xəbərdarlıq
Koronavirusa qarşı Rusiya Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş dərman "Avifavir"ın hamilə qadınlar üçün təhlükəli olduğu ortaya çıxıb.
Tatli.Biz Rusiya mətbuatına istinaədn xəbər verir ki, Qamlei Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin professoru Anatoli Alşteynin dediyinə görə, bu dərman əvvəllər yuxu həbi kimi istifadə edilib və genetik deformasiyası olan uşaqların doğulmasına səbəb olub.
Professor dərmanın təxminən 20 il əvvəl Yaponiyanın "Favipiravir" bazasında sintez edildiyini qeyd edib:
"Sintez edildi və dəyişdirilmiş adlar altında buraxıldı... Bu dərman hamilə qadınlar üçün çox təhlükəlidir. Bu baxımdan, 60-cı illərin əvvəllərində yuxu həbi olaraq istifadə edilən məşhur dərman - talidomid kimi təsir göstərir".
Alim əlavə edib ki, Yaponiyada "Favipiravira" klinik sınaqları keçirilib, onun koronavirusun müalicəsində təsirsizliyini göstərib. Odur ki bu tapıntılar Rusiyada nəzərə alınmalıdır.
Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi "Avifavir" preparatının istifadəsini mayın 30-da təsdiqləyib. Əvvəllər bu dərmanın Ebolanın müalicəsində istifadə edildiyi bildirilib. "Avifavir yalnız Rusiyada koronavirusa qarşı qeydiyyata alınan ilk antiviral dərman deyil, həm də dünyanın ən perspektivli anti-COVID-19 dərmanıdır", - deyə Rusiya İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriev bildirmişdi.
Aytən Məftun

Dostlarınla Paylaş

Saytda 200 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024