Yalnız bu yolla xəstəlikdən qurtula bilərik - Həkim

Yalnız bu yolla xəstəlikdən qurtula bilərik - Həkim


Hər qadın gözəl görünməyə layiqdir

Yalnız bu yolla xəstəlikdən qurtula bilərik - Həkim

Yalnız bu yolla xəstəlikdən qurtula bilərik - Həkim
Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda çox ciddi tədbirlər görülüb. COVID-19 virusunun ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dövlət başçısının tapşırığına əsasən, vaksinasiya prosesi bizdə Avropa ölkələri ilə eyni vaxtda başladı. Ümumiyyətlə, keçirilən zəruri qabaqlayıcı və səmərəli tədbirlər öz effektini göstərdi. Azərbaycanda pandemiyanın təsirinin azaldılması və onun miqyasının məhdudlaşdırılması istiqamətində atılan mühüm addımlar nəticəsində ölkədə COVID-19-la bağlı vəziyyət nəzarət altında saxlanılır.
Tatli.Biz xəbər verir ki, bu sözləri terapevt-pulmonoloq Nazim Quliyev deyib. O bildirib ki, görülən tədbirlər nəticəsində insanların koronavirusa kütləvi yoluxma hallarının qarşısının alınmasına nail olunub:
"Bu tədbirlərin davam etdirilməsini və hər kəsin şüurlu şəkildə bu işə cəlb olunmasını arzu edirəm. Yoluxmanın qarşısını almaq üçün ictimai yerlərdə maskadan istifadə etməyə və sosial məsafəni gözləməyə davam etməliyik. Eyni zamanda, tez-tez əllərinizi yuyun və dezinfeksiya etməyi unutmayın".
Yalnız bu yolla xəstəlikdən qurtula bilərik - Həkim
Həkim qeyd edib ki, virusa qarşı ən effektiv vasitə vaksinasiyadır:
"Vaksin xəstəliyi törədən virusa qarşı immunitetin yaranmasına şərait yaradır. Virusa yoluxma halında isə orqanizmin xəstəliyi yüngül keçirməsinə səbəb olur. Odur ki, vaksinasiyadan yayınmaq məqsədyönlü deyil. Pandemiyanın ölkəmizdə yaratdığı fəsadların aradan qaldırılması istiqamətində vaksinasiya çox mühüm tədbirdir. Ancaq bu yolla biz xəstəliyin törətdiyi gərginlikdən yaxamızı qurtara bilərik. Hamı ya xəstələnib sağalmalıdır, ya da bu yolla immunitet qazanmalıdır ki, normal həyatımıza qayıda bilək. İnaktiv vaksinlərin heç bir fəsadı yoxdur, narahat olmağa dəyməz. Çox nadir hallarda halsızlıq müşahidə olunur ki, bu da qısa müddətdə keçib gedir. İnsanlar anlamalıdır ki, vaksin ciddi ağırlaşmaların qarşısını alır, ona qarşı immunitet qazanırıq, daha böyük fəlakətlərdən uzaqlaşırıq. Odur ki, hər kəsi vaksinasiyaya səsləyirəm".
Aytən Məftun

Dostlarınla Paylaş

Saytda 75 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024