Yay aylarının ən faydalı meyvələri

Yay aylarının ən faydalı meyvələri


Hər qadın gözəl görünməyə layiqdir

Yay aylarının ən faydalı meyvələri

Qaragilə
1 fincan təzə qaragilə gündəlik C vitamini ehtiyacının 24%-ni qarşılayır. Gündəlik qidalanma siyahınıza 1 fincan qaragilə əlavə etdiyiniz halda hüceyrələrin zədələri yenilənmiş olacaq. Xroniki xəstəliklərə tutulma riskiniz azalacaq. Səhər yeməyində yulafla və ya az yağlı süd/qatıqla yeyə bilərsiniz.

Böyürtkən
Arıqlamaq istəyirsinizsə və ya karbohidrat səviyyəsi aşağı olan pəhriz hazırlamısınızsa, şəkər ehtiyacınızı böyürtkənlə qarşılaya bilərsiniz. Bir porsiya böyürtkən 45 kaloridir. C, K, maqnezium kimi vitamin və minerallarla dolu, lif tərkibi yüksək olan böyürtkən beyin sağlamlığının inkişafına kömək edir. Qan sulandırıcı dərmanlar istifadə edənlər bu meyvəni yeyərkən həkimlə məsləhətləşsin və ehtiyatlı olsun.
Gavalı
Gavalı bədəndəki stressi azaldaraq hüceyrə sağlamlığını qoruyur və cavanlaşmasına kömək edir. Qan şəkərini yüksəltmə sürəti digər meyvələrə görə daha azdır. Diabet xəstəliyi olanlar rahatlıqla yeyə bilər. 3 ədədi bir porsiya sayılır. Tərkibindəki liflər qəbizliyi aradan qaldırır.

Qara üzüm

1 stəkan üzüm (10-12 ədəd) 1 porsiya sayılır. Bədəndəki iltihabı azaldır, xərçəngə, ürək xəstəliyinə və diabetə qarşı qoruyur.
Yay aylarının ən faydalı meyvələri
Yay aylarının ən faydalı meyvələri
Yay aylarının ən faydalı meyvələri

Dostlarınla Paylaş

Saytda 158 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024