Yeni TƏHLÜKƏ: sürətlə yayılır

Yeni TƏHLÜKƏ: sürətlə yayılır


Hər qadın gözəl görünməyə layiqdir

Yeni TƏHLÜKƏ: sürətlə yayılır

Yeni TƏHLÜKƏ: sürətlə yayılır
2019-cu ilin dekabrında Çində ortaya çıxan və o vaxtdan bəri dünyada 4,9 milyon insanın ölümünə səbəb olan koronavirusun yeni variantları çaxnaşmaya səbəb olmağa davam edir.
Tatli.Biz xarici mətbuata istinadən xəbər verir ki, yoluxma sayının sürətlə artmasına səbəb olan "delta" variantından sonra digər versiya ortaya çıxıb. İlk dəfə Böyük Britaniyada görünən AY.4.2 adlı variant qısa müddətdə Avropanın bir neçə ölkəsində yayılıb.
Peyvənd kampaniyasını uğurla həyata keçirən İsraildə dünən moldovalı bir uşaqda AY.4.2 variantının tapıldığı bildirilib.
Bu açıqlamadan sonra Amerikadan pis xəbər gəlib. ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri AY.4.2-nin ölkənin fərqli nöqtələrində ortaya çıxdığını bildirib. Səlahiyyətlilər yoluxanların 10 nəfərdən az olduğunu deyib.
Aytən Məftun

Dostlarınla Paylaş

Saytda 66 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023