Yoluxucu xəstəliklərin qarşısını almağın ƏN GÜCLÜ YOLU peyvənddir


Sağlamlıq
Sağlamlıq xoşbəxt həyatın əsas şərti və təminatıdır

Yoluxucu xəstəliklərin qarşısını almağın ƏN GÜCLÜ YOLU peyvənddir

Yoluxucu xəstəliklərin qarşısını almağın ƏN GÜCLÜ YOLU peyvənddir
Türkiyəli professor Nur Baran Aksakal hesab edir ki, yoluxucu xəstəliklərdən qorunmağın yeganə yolu vaksinasiyasıdır.
Tatli.Biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, professor koronavirus pandemiyası səbəbiylə uşaqlara vaksinlərin daha az vurulmağa başladığını qeyd edib.
"Qızılca və suçiçəyi xəstəliyi olan insan təxminən 12-17 nəfəri yoluxdura bilir. Bu xəstəliklərin yoluxma sürəti koronavirusdan 6 dəfə daha yüksəkdir. Nəticə etibarı ilə cəmiyyətdə bu xəstəliklərə immuniteti olan insan sayı aşağı düşərsə, növbəti epidemiyaların yaranması istisna olunmur" , - həkim bildirib.
Yoluxucu xəstəliklərin qarşısını almağın ƏN GÜCLÜ YOLU peyvənddir
Ümumdünya Sağlamlıq Təşkilatının (ÜST) Avropa İmmunlaşdırma üzrə mütəxəssisi olan Aksakal pandemiya ərzində dünyadakı peyvənd kampaniyalarında problemlərin olduğunu söyləyib: "Peyvəndlərin vurulmasında problemlər və azalmalar var. Xüsusilə qızılca, məxmərək, tetanoz, difteriya, göy öskürək, su çiçəyi və poliomiya kimi çox ağır xəstəlikləri görmək istəmiriksə, rutin peyvəndləri başa çatdırmalıyıq.
Epidemiyaların qarşısını almaq üçün qızılcada cəmiyyətin ən az 83 faizinin, göy öskürəkdə isə ən az 92 faizinin immuniteti olmalı, yəni peyvənd vurdurması lazımdır. Odur ki, peyvəndlənmədəki azalmalar cəmiyyətin sağlamlığı üçün böyük risk yaradır".
Aytən Məftun

Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Yoluxucu xəstəliklərin qarşısını almağın ƏN GÜCLÜ YOLU peyvənddir - Sağlamlıq xəbərləri


Yoluxucu xəstəliklərin qarşısını almağın ƏN GÜCLÜ YOLU peyvənddir, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, Yoluxucu xəstəliklərin qarşısını almağın ƏN GÜCLÜ YOLU peyvənddir

Saytda 69 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021