Ağadadaş Ağayev üçüncü dəfə əməliyyat olundu

Ağadadaş Ağayev üçüncü dəfə əməliyyat olundu


Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin

Ağadadaş Ağayev üçüncü dəfə əməliyyat olundu

Ağadadaş Ağayev üçüncü dəfə əməliyyat olundu
Uzun müddətdir səhhəti ilə bağlı problemlər yaşayan Xalq artisti Ağadadaş Ağayev üçüncü dəfə ağır əməliyyat keçirib.
Azxeber.com xəbər verir ki, Hacı Nuran Hüseynov sosail şəbəkə hesabında Ağadadaş Ağayevin əməliyyatının 2 saat davam etdiyini, müğənninin vəziyyətinin əməliyyatdan sonra yaxşı olduğu bildirilib. 
O, Xalq artistinin ağır əməliyyatından yazaraq vəziyyətinin yaxşı olduğunu bildirib:
"Qardaşım, dostum Ağadadaş Ağayev əməliyyatdan sağ-salamat çıxdı. Türkiyənin ən məşhur həkimlərinin iştirakı ilə baş tutan əməliyyat 2 saat çəkdi.
Əslində bu, elə də böyük müddət deyil. Amma belə ağır əməliyyatları keçirən biri kimi bu 2 saatın nə olduğunu, bəlkə də, məndən yaxşı bilən yoxdur.
Ağadadaş Ağayevin əməliyyatdan çıxmasını gözləyən əzizləri, doğmaları, yaxınları, dostları üçün də o 2 saat eləcə uzun çəkdi.
Çox şükür ki, Tanrı dualarımızı eşitdi. Elin sənətkarı üçüncü əməliyyatdan salamat çıxdı. Hazırda səhhəti də qənaətbəxşdir".
Xatırladaq ki, Xalq artisti Ağadadaş Ağayev xərçəng xəstəliyindən əziyyət çəkir.

Dostlarınla Paylaş

Saytda 89 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024