Azərbaycanlı sənətçilərdən Türkiyəyə yardım: Hər biri 100 fidan göndərəcək

Azərbaycanlı sənətçilərdən Türkiyəyə yardım: Hər biri 100 fidan göndərəcək


Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin

Azərbaycanlı sənətçilərdən Türkiyəyə yardım: Hər biri 100 fidan göndərəcək

Azərbaycanlı sənətçilər yanğınlardan əziyyət çəkən Türkiyəyə yardım etmək üçün yeni axım başladıb.

Axıma qoşulan ilk sənətçilərdən biri Xalq artisti Tünzalə Ağayeva olub. O, məhv olan meşələrin yenidən canlandırılması üçün 100 fidan bağışladığını açıqlayıb.

"Qardaş Türkiyəmizdə yanğın hadisəsi hər birimizi üzür. Orada meşələr, burada canımız yanır. Yanğını söndürməyə çalışanlara Allah güc versin. Uzaqdan bu yanğına mane olmaq mümkün deyil. Amma yaxşı bir #challenge qoşuluram. Meşələrin yenidən canlanması üçün 100 fidan da mən hədiyyə edirəm. Bu estafeti Zamiq Hüseynov, Abbas Bağırov və Murad Arifə ötürürəm", - deyə müğənni qeyd edib.

İfaçı Zamiq Hüseynov da çağırışa dəstək olub:

"Qardaş Türkiyə çox ağır günlər yaşayır. Onu kənardan izləmək bizim üçün ağrılıdır. Meşələr yanır, təbiət məhv olur, heyvanlar ölür. Evimiz, canımız yanır. Çalışan bütün qardaşlarımıza Allah kömək olsun. Meşələrin yenidən canlanması üçün 100 fidan da məndən".

Bəstəkar-müğənni Murad Arif bildirib ki, Türkiyədəki yanğınların közü azərbaycanlıların da ürəyində duyulur:

"Şəxsən mən bu yanğını söndürməyə çarəsizəm. Amma Tünzalə Ağayevanın çağırışına qoşularaq öz adımdan 100 körpə ağac şitili göndərmək istəyərdim".
Azərbaycanlı sənətçilərdən Türkiyəyə yardım: Hər biri 100 fidan göndərəcək
Azərbaycanlı sənətçilərdən Türkiyəyə yardım: Hər biri 100 fidan göndərəcək

Dostlarınla Paylaş

Saytda 99 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024