Ellada Eyvazova MTV-dən uzaqlaşdırıldı

Ellada Eyvazova MTV-dən uzaqlaşdırıldı


Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin

Ellada Eyvazova MTV-dən uzaqlaşdırıldı

Ellada Eyvazova MTV-dən uzaqlaşdırıldı
Bir müddət əvvəl "Rəngarəng səhər" verilişinin aparıcısı Zaur Nəbioğlu ilə qalmaqal yaşayan Ellada Eyvazova "MTV Azərbaycan" kanalındakı işindən azad olunub.
Tatli.Biz xəbər verir ki, bu barədə OLAY-a aparıcı özü məlumat verib.
Ellada bildirib ki, səbəbsiz şəkildə "10-da görüşək" verilişinin heyətindən çıxarılıb.
"Sözün düzü səbəbsiz oldu. "Rəngarəng" verilişi ilə olan qalmaqaldan sonra bu baş verdiyi üçün elə düşünmək olar. Amma əlimdə bir fakt yoxdu. Bu söhbət açılmadı, mənə heç bir səbəb bildirilmədi. Mənə deyildi ki, büdcə ilə bağlı problem var. Ona görə uzaqlaşdırılmışam. Amma biz kanaldan aldığımız maaşla dolanmırıq. Səhnələrimizdən, reklamlarımızdan ödənişlər alırıq. Mən efirə maaşa görə yox, işimi sevdiyim üçün çıxıram. Aparıcılıq mənə ayrı cür zövq verir. Ona görə mənə deyiləndə ki, maaş verə bilməyəcəklər. Bunu bir səbəb kimi qəbul etmədim. Çünki aldığım maaş çox cüzi məbləğdir".
Xatırladaq ki, Ellada bir neçə gün öncə aparıcı Zaur Nəbioğlu ilə qalmaqal yaşamışdı. Müğənni, aparıcını polisə verərək ondan şikaətçi olub.
Aysel

Dostlarınla Paylaş

Saytda 206 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023