Faiq Ağayev: "Mədəniyyət naziri mövzusunda adımın çəkilməsi hədsiz məmnunluq yaratdı"

Faiq Ağayev: "Mədəniyyət naziri mövzusunda adımın çəkilməsi hədsiz məmnunluq yaratdı"


Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin

Faiq Ağayev: "Mədəniyyət naziri mövzusunda adımın çəkilməsi hədsiz məmnunluq yaratdı"

Faiq Ağayev: "Mədəniyyət naziri mövzusunda adımın çəkilməsi hədsiz məmnunluq yaratdı"
Mədəniyyət naziri Əbülfəs Qarayevin işdən çıxarılmasından sonra insanlar sosial şəbəkədə bu posta layiq bildikləri namizədlərin adlarını çəkməyə başlayıblar.
Open.az xəbər verir ki, izləyicilərin irəli sürdüyü namizədlər arasında Xalq artisti Faiq Ağayevin də adı olub.
Sənətçi insanların ona göstərdiyi bu etimada belə reaksiya verib: "Gün ərzində çoxsaylı dəyərli insanlardan ünvanıma o qədər gözəl, qürurverici rəylər, statuslar gördüm ki. Üstəgəl mediamızın rəğbəti. Mədəniyyət naziri mövzusunda adımın çəkilməsi qəlbimdə hədsiz məmnunluq, böyük minnətdarlıq yaratdı. Vəfa borcumdur, sevgi ilə deyirəm, var olun!
O ki qaldı məsələyə, əminəm, cənab Prezident bu vəzifəyə mədəniyyətimizə etina ilə xidmət edəcək, məsulliyyətli, faydalı bir peşəkarı təyin edəcək. Elə perspektivli, parlaq əməli təcrübəsi olan yeni kadrlar var ki...".

Dostlarınla Paylaş

Saytda 148 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024