Gülbahar xanımı bura zorla gətirməmişdim

Gülbahar xanımı bura zorla gətirməmişdim


Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin

Gülbahar xanımı bura zorla gətirməmişdim

Gülbahar xanımı bura zorla gətirməmişdim
"Mən Gülbahar xanımı zorla efirə gətirməmişəm"
Tatli.Biz xəbər verir ki, bu sözləri MTV televiziyasında yayımlanan "Ümid ilə gəl" verilişinin aparıcısı olan Tarix Əliyev deyib.
Aparıcı bildirib ki, o, heç kimi efirə çıxarıb onun üçün pul yığmayıb:
"Mən Gülbahar xanımı zorla efirə gətirməmişəm. Gülbahar xanım bura gəlib, şəhzadə kimi də gedib. Nə ona əlbəəl pul verilib, nə də başqa bir təklif olub. Zaur Baxşəliyevin verilişində birdən-birə söhbət Gülbahar xanımdan getdi. Orada mənim adım da gələndə başqa bir söhbətə keçildi, mən də buna etirazımı bildirdim. Burada minlərlə xəstə uşaq ola-ola bura gətirib bir tanınmışı ona pul yığmaram. Mənim vicdanım sızlayar". 
Aparıcı həmçinin Əməkdar və Xalq artistlərinə üzünü tutaraq deyib: 
"Müğənnilər, bu gün Gülbahar xanım Əməkdar artist adını daşıyır, amma bəyənmədiyiniz Şəbnəm, Vəfa, Nəfəs, Zeynəb ona 3000 AZN pul verdilər. Hanı o Əməkdar artistlər? Hanı o Xalq artistləri? Yarım saata toya 15000 manata gedirlər. Hamınız deyirsiniz ki, bu müğənniləri bəyənmirəm, çünki onlar bayağı mahnılar oxuyurlar. Onlar bayağı mahnı oxusalar da, 1000 AZN pul göndərdilər. Bəyənmədiyiniz həmin müğənnilər sizin statustunuzda olan o müğənniyə yardım etdilər. Ona görə də xalqın içində olmaq tam başqa bir şeydir, özünü elit təbəqə bilmək isə tam başqa bir şeydir. Siz gərək o xanıma deyərdiniz ki, heç bir verilişə çıxma, hərəmiz sənə 500 AZN pul verəcəyik. 50 nəfər müğənni var, yığışıb həll edə bilərdiniz, amma etmədiniz. Rahidə Baxışova nə qazanır ki? O xanım Gülbahar xanıma 2500 AZN pul verdi. Hanı "mənəm-mənəm" deyən o müğənnilər?".
Ayşən

Dostlarınla Paylaş

Saytda 43 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024