Müşviq bu "meyxanaçı"ları tənqid edəcək - VİDEO

Müşviq bu "meyxanaçı"ları tənqid edəcək - VİDEO


Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin

Müşviq bu "meyxanaçı"ları tənqid edəcək - VİDEO

Müşviq bu "meyxanaçı"ları tənqid edəcək - VİDEO
Aktyor Müşviq Şahverdiyev yeni layihəyə imza atıb.
Open.az xəbər verir ki, sənətçi də bir sıra məşhurlar kimi "Youtube" platformasında maraqlı layihəyə start verir.
O bildirib ki, yeni verilişinin adı "Toyxanadır": "Yeni layihəmizin anonsunu paylaşanda camaat elə bildi ki, efirdə olacaq, amma əksinə biz "Youtube"u üstün tutduq. Çünki son zamanlar sosial platformalar televiziyaları geridə qoyur. Komanda olaraq fikrləşdik ki, bu platformaya da baş çəkək. İnşallah, bu kanalda ilk işimiz sözünü danışdığım "Toyxana" layihəsi olacaq. Meyxana layihəsidir. İlkin Misgərli ilə bərabər rol alacam. Ssenarimizi Ənvər Abbasovla, Samid Ağayev yazacaq. Layihənin rejissoru isə Elnur dostumuz olacaq. Bir komanda işi ortaya qoyacağıq, "Youtube" üçün çəkirik deyə 2-3 nəfər yığışıb nəsə ortaya qoymuruq. Professional iş olmasının tərəfdarıyıq. İlk verilişimizi Səlyanda çəkdik, ikincini isə Neftçalada. Birincində qonaq Pərviz Bülbülə, Neftçalada isə Orxan Lökbatanlı olacaq. Verilişi ayda 2 dəfə nəzərdə tutmuşuq, əgər izləyici yüksək maraq göstərsə, 4 dəfə də etməyi düşünürük. Folklorumuzun qədim janrlarından olan meyxanaya maraq böyükdür və meyxana sənətinə yoldan keçən adamların qatılmasını pisləyirik. Biz bu layihədə o yoldan keçən adamları parodiya edərək göstəririk. Söz ustadları da bizim dərsimizi verərək, bağlayıb göndərirlər. Aprelin 1-i gülüş günü saat 19:00-da mənim "Youtube" kanalımda Pərviz Bülbülə ilə olan "Toyxana Salyanda" verilişimizi izləyə bilərsiniz. Bizi sevən hər kəsi kanalımıza dəvət edirəm, abunə olun, izləmədə qalın. Gələcəkdə daha böyük planlarımız var".

Dostlarınla Paylaş

Saytda 106 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024