"O filmdən sonra çimərliyə getmədim" - Ruhəngiz Musəvi

"O filmdən sonra çimərliyə getmədim" - Ruhəngiz Musəvi


Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin

"O filmdən sonra çimərliyə getmədim" - Ruhəngiz Musəvi

"O filmdən sonra çimərliyə getmədim" - Ruhəngiz Musəvi
Əməkdar artist Ruhəngiz Musəvi rol aldığı "Baladadaşın ilk məhəbbəti" filmi ilə bağlı maraqlı etiraflar edib.
Open.az xəbər verir ki, "Gündən-günə" proqramında qonaq olan müğənni çimərlik geyimində çəkildiyi sözügedən ekran işindən sonra dənizə getmədiyini söyləyib:
"İllərdir dənizə getmirəm. O vaxtlar Sumqayıtda yaşayırdıq, dəniz yaxın idi, uşaqlarla tez-tez gedirdik. Mənə hərdən deyirlər ki, filmə çimərlik geyimində çəkilən ilk xanımsınız. Heç vaxt onu fikirləşməmişəm. Çünki dənizə gedən biri üçün mənə adi gəlirdi. O, filmi hamı sevir. Heç kim qınamadı məni. Amma həmin filmdən sonra çimərliyə getməmişəm".

Dostlarınla Paylaş

Saytda 85 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024