"Övladlığa götürdüyüm qız anası ilə evimi soydu" - VİDEO

"Övladlığa götürdüyüm qız anası ilə evimi soydu" - VİDEO


Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin

"Övladlığa götürdüyüm qız anası ilə evimi soydu" - VİDEO

"Övladlığa götürdüyüm qız anası ilə evimi soydu" - VİDEO
"Birinci övladlığa götürdüyüm Natavan tez-tez ailəsi barədə mənə sual verirdi. Deyirdi ki, valideynləri onu niyə atıb? "Niyə?" sualını çox verirdi. Düşündüm ki, anasını tapım, sualı ona versin! Qadın kimi balaca paxıllığım var idi. Onu anasına qısqanırdım. Axı, ona canımı qurban verərdim, niyə anasını axtarır?"
Open.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "5-də 5" proqramına qonaq olarkən deyib. Sənətçi illər əvvəl övladlığa götürdüyü Natavanın anası ilə birləşərək evini qarət etdiyini açıqlayıb:
"Anasını tapdım, onu rəfiqəm kimi təqdim etdim. Heç bəyənmədi, xoşuna gəlmədi. Ad günündə dedim ki, tanış etdiyim xanım anandı. Ondan bir ay sonra məni tərk etdi. Uşaq anasını bəyənməsə də, bir müddətlik münasibət qurdular. Klip təqdimatının ərəfəsində Arif Qazıyevin yanına getmişdim. Qayıdanda gördüm ki, evim qarət olunub, qızım anası ilə gedib. Götürülənlər ona qurbandı.
Özümə gələ bilmədim, sənətdən küsdüm, 5 il hamıdan uzaqlaşdım. Bəzi şeylər həyatda səni sındırır, küsürsən. İntihar etmək, özümü öldürmək istədim. Öz doğma qızımı döyürdüm, amma Natavana diqqət yetirirdim. Çünki o, əmanətdir, canımı da verərdim. Mənə toxunan bir şey oldu. Ona sual verdim ki, axı niyə? Mənə cavab verdi ki, sən anam deyilsən, ona görə... 7 il sonra qızım yenidən yanıma qayıtdı, qəbul etdim. İndi hər şey qaydasındadır".(qafqazinfo)

Dostlarınla Paylaş

Saytda 203 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024