Röya Ayxan Bakıda: Necə olur ki, o qapıya girdilər, bu qapıya yox

Röya Ayxan Bakıda: Necə olur ki, o qapıya girdilər, bu qapıya yox


Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin

Röya Ayxan Bakıda: Necə olur ki, o qapıya girdilər, bu qapıya yox

Röya Ayxan Bakıda: Necə olur ki, o qapıya girdilər, bu qapıya yox
Xalq artisti Röya Ayxan artıq Moskvadan Bakıya qayıdıb.
Tatli.Biz musavat.com-a istinadla bildirir ki, müğənni bu barədə sosial şəbəkədə paylaşım edib.
Röya Ayxan Moskvada baş verən terror hadisəsi ilə bağlı gördüklərini media nümayəndələri ilə bölüşüb. Müğənni hadisədən çox qorxduğunu, bir neçə saat, ümumiyyətlə, danışmadığını deyib:
"Qarabağlı olmağıma baxmayaraq, mən belə bir şey yaşamamışdım. Yəni nə güllə səsi eşitmişdim, nə bütün bu faciələri görmüşdim. Onu bilirəm ki, məni nə qədər adam çox istəyirmiş. Azərbaycanlılara, bütün azərbaycanlı sənətkarlarıma təşəkkür etmək istəyirəm ki, məni axtardılar.
Oradan necə çıxdığımızı bilmirəm. Mənim ağzım bağlanmışdı. Mənə ilk deyiləndə inanmadım, elə bilirdim ki, zarafat edirlər. Allah böyükdür. Necə olur ki, o qapıya girdilər, bu qapıya yox. Bizim qapıda daha böyük coşğu, həyəcan var idi.
Qorxmadım deyə bilmərəm. Çox qorxdum, bir neçə saat, ümumiyyətlə, danışmamışam. Nə baş verdiyini anlamadım.
Biz bu konsertin də ən gözəlini edəcəyik. Amma birinci orada itirdiklərimizə hörmət edib, gözləyəcəyik, daha sonra davam edəcəyik".

Dostlarınla Paylaş

Saytda 102 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024