Zaurun verilişinin yayımı saat yarım azaldıldı

Zaurun verilişinin yayımı saat yarım azaldıldı


Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin

Zaurun verilişinin yayımı saat yarım azaldıldı

Zaurun verilişinin yayımı saat yarım azaldıldı
Aparıcı Zaur Baxşəliyevin "Bizimləsən" verilişində dəyişiklik ediləcək. 
Tatli.Biz xəbər verir ki, aparıcı bu haqda sözügedən proqramda məlumat verib. 
O bildirib ki, sabahdan etibarən verilişin vaxtı qısaldılacaq:
"Dəfələrlə rəhbərliklə bu barədə söhbətimiz də olub ki, vaxtın qısalmasını istəyirəm. Çünki özümə və övladlarıma da vaxt ayırmaq istəyirəm. Sabahdan etibarən 16:30-da görüşünüzə gələcəyəm. Saat 19:00-a qədər mənə bəs edəcək. Rəhbərliyə təşəkkür edirəm ki, bu xahişimi yerinə yetirdilər".
Xatırladaq ki, bu yaxınlarda ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar. Onlara yayımladıqları verilişlərlə bağlı ciddi xəbərdarlıqlar edilib. Bu verilişlərin cəmiyyət üçün zərərli olduğu bildirilib.
Telekanalların rəhbərlərinin nəzərinə çatdırılıb ki, vəziyyət belə davam edə bilməz və qısa zamanda bu biabırçılığa son qoyulmayacağı, verilişlərin fəaliyyətində dönüş yaradılmayacağı təqdirdə, qanunauyğun şəkildə sanksiyaların tətbiq olunması, hətta telekanalların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tədbirlər qaçılmaz olacaq.

Dostlarınla Paylaş

Saytda 171 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024