Mələkxanım Əyyubova haqqında məlumat

Mələkxanım Əyyubova haqqında məlumat


Məşhurlar haqqında ətraflı məlumat öyrənə bilərsiniz

Mələkxanım Əyyubova haqqında

Foto
1985-günümüz
Qabil (film, 2001), Zəlimxan dastanı (film, 2007), Xalq Təranələri (film)
Azərbaycanın əməkdar və xalq artisti, Prezident və Heydər Əliyev Fondunun mükafatçısıdır. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
Erkən yaşlarında ailə həyatı quran M. Əyyubova hüquq-mühafizə orqanlarında çalışan bəylə ömrünü bağlayıb. Həyat yoldaşının qadağası ilə bir müddət sənətdən ayrılsa da, sənətə olan sevgisi, istedadı qadağaya üstün gələrək yenidən səhnə həyatına qovuşub. Dörd övlad anası olan xalq artistinin iki oğlu və iki qızı var - Hökümə, Cəfər, Nəzrin, Nicat. Övladlarını incəsənət aləmindən uzaq tərbiyələndirən sənətkar bu yaxınlarda qızı Höküməni gəlin köçürərək qaynana olub. Böyük oğlu Cəfər Amerikada təhsil alıb və hazırda “Biz Production”da kommunikasiya direktoru işləyir. M. Əyyubova gənc müğənni Ramal İsrafilovun bibisi, Mirkamil Kamilovun isə xalasıdır.

Ad,Soyad: Mələkxanım Əyyubova
Yaş: 6 Noyabr 1962 (62 Yaş )
Doğulduğu yer: Şamaxı
Vəzifə: xanəndə, muğam ifacısı
Yenilənmə tarixi: 19-01-2017

Mələkxanım Əyyubova 5 noyabr 1962-ci ildə Şamaxıda anadan olmuşdur. 1969-cu ildən 1979-cu ilədək Bakıdakı 155 saylı ota məktəbdə təhsil almışdır.

Qarmon ixtisası üzrə 5 illik musiqi məktəbini bitirmişdir. Ə.Cavanşirovun rəhbərlik etdiyi uşaq xorunun solisti olmuşdur. 1979-cu ildən 1984-cü ilə kimi M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universtetinin "Musiqili komediya aktyorluğu" fakültəsində təhsil almışdır. 1980-cı ildən 1985-ci ilədək "İrs" folklor ansamblının, 1985-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində S.Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin solisti olmaqla yanaşı, C. Qaryağdıoğlu adına muğam üçlüyündə çalışmışdır.

Dünyanın bir çox ölkələrində – ABŞ, Almaniya, Avstraliya, Fransa, Türkiyə, Rumıniya, Belorusiya, Latviya, İsveç, İraq, Hollandiya, Belçika, Rusiya və s. konsert proqramları ilə çıxış etmişdir.

1995–ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli rolunun ifaçısı olmuşdur.

10 ildən artıqdır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğam ixtisası üzrə dosent vəzifəsində çalışır. Azərbaycanın əməkdar və xalq artisti adına layiq görülmüşdür.

Almaniya, Fransa və Türkiyədə muğam albomları buraxılmışdır.

Prezident və Heydər Əliyev Fondunun mükafatçısıdır. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

Dostlarınla Paylaş

Saytda 149 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024