Arif Quliyev haqqında məlumat

Arif Quliyev haqqında məlumat
1974-günümüz
İşgüzar adamlar (film, 1977), Evləri köndələn yar (film, 1982), Eksperiment (film, 1984), Layiqli namizəd (film, 1984), 100 (film, 1985)(qısametrajlı bədii film-Mozalan № 100), Cazibə qüvvəsi (film, 1985), Əbədi mühərrik (film, 1985), Bəyin oğurlanması (film, 1986), Qəm pəncərəsi (film, 1986), Yay gününün xəzan yarpaqları (film, 1986), Sehrli çıraq (film, 1987), Yaramaz (film, 1988), Güzgü (film, 1990)(II), Bəxt üzüyü (film, 1991), 777 №-li iş (film, 1992)(tammetrajlı bədii film), O dünyadan salam (film, 1991), Mənim ağ şəhərim (film, 1994), Yarımştat (film, 1996), Bakı oğrusu (film, 1997), Olacağa çarə yoxdur (film, 2003), Şans (film, 2004), Adam ol! 2 (film, 2006)(tammetrajlı bədii film)-rol: Sərxanın tanışı, Adam ol! 3 (film, 2007)(tammetrajlı bədii film)(Lider tv), Qoy oturmuşuq (veriliş, 2007), Halal pullar (film, 2008), Evləri göydələn yar (film, 2010), Bığ Əhvalatı (film-tamaşa), Axırıncı dayanacaq (film, 2014), Qız atası (serial, 2015) - Qasım (9-cu bölüm), Dörd yoldaş və qardaş (film),
1982-ci ildə o, Respublika Gənclər mükafatına, 1988-ci ildə Əməkdar artist fəxri adına, 1993-cü ildə isə "Humay" mükafatına layiq görülmüşdür. 1994-cü ildə Xalq artisti fəxri adına layiq görülmüşdür. 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə "Qızıl Dərviş" mükafatı almışdır.
Xalq artisti Arif Quliyevin oğlu Fərid Quliyev təxminən 16 il öncə qəsdən adam öldürmə maddəsi ilə məhkum olunaraq 14 il müddətinə həbs cəzası almışdı. 11 illik həbsxana həyatından sonra əhv olunan F.Quliyev uzun müddət vərəm xəstəliyindən əziyyət çəkib. Xəstəliyi ağır olduğundan onu xilas etmək mümkün olmayıb. Fərid Quliyev 17.01.2012 tarixində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Ad,Soyad Arif Quliyev Yaş 14 may 1950 (71 Yaş ) Doğulduğu yer Şirvan Vəzifə aktyor Yenilənmə tarixi 19-01-2017

Arif Əli oğlu Quliyev 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olmuşdur. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilmişdir. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olmuşdur. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilmişdir. 1979-cu ildə o, İncəsənət İnstitutunu bitirmişdir.

Müxtəlif səpgili və müxtəlif xarakterli obrazlar yaratmışdır. Teatr səhnəsində ifa etdiyi Şərbətəli (S.Dağlı, C.Cahangirov, "Təzə gəlin"), Salyanski (F.Əmirov, M.Əlizadə, "Gözün aydın"), Əli (M.Şamxalov, Z.Bağırov, "Qaynana"), Dursun (S.Rüstəmov, S.Rüstəmov, "Durna"), Mürsəl (S.Ələsgərov, S.Qədirzadə, "Gurultulu məhəbbət"), İbişov (Ş.Qurbanov, S.Ələsgərov, "Özümüz bilərik"), Dursunov (S.Rəhman, E.Sabitoğlu, "Hicran"), Tofiq (Ş.Axundova, N.Gəncəli, "Ev bizim, sirr bizim"), Hambal (Ü.Hacıbəyov, "Məşədi İbad"), Mirzəqulu (Hidayət, "Durnalar qayıdanda"), Səbzəli (M.Haqverdiyev, "Məhəbbət, şeytan və ağ ölüm") kimi obrazlar komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir.

Yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanmışdır. "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi" bədii filmlərdəki obrazları yaradıcılıq potensialının zənginliyini ifadə edir.

Hazırda İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyir. 1988-ci ildən Özəl Satira Teatrının bədii rəhbəridir.

1982-ci ildə o, Respublika Gənclər mükafatına, 1988-ci ildə Əməkdar artist fəxri adına, 1993-cü ildə isə "Humay" mükafatına layiq görülmüşdür.

1993-cü ildə Musiqili Komediya Teatrından Milli Dram Teatrına dəvət olunmuşdur. 

Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Allah anlayışı, Allahın 99 adı, Din anlayışı, Quran haqqında, Secde haqqında, Iman anlayışı, Islam haqqında, Namaz haqqında, Oruc haqqında, Qiyamet haqqında, Resullar haqqında, Şehadet anlayışı, Hecc haqqında, Diriliş haqqında, Rukun haqqında, Ihsan haqqında, Meişet duaları, Feyyaz duası, Ferec duası, Ayetul duası, Olum haqqında, Qebir haqqında, Berzex anlayishi, Qebrden qalxmaq, Emel hesablama, Sirat korpusu, Behişt haqqında Sevgi Dunyasi, Islam Dini, Letifeler, Dahilerin Sozleri, Maraqli Hadiseler, Burcler Haqqinda, Vetenim, Toy Merasimi, Maraqli Hekayeler, Maraqli Melumatlar, Insanlari Tani

Saytda 205 nəfər
Tatli.Biz
MobTop.az
©Tatli.Biz 2010-2021