Kəmalə Piriyeva haqqında məlumat

Kəmalə Piriyeva haqqında məlumat


Məşhurlar haqqında ətraflı məlumat öyrənə bilərsiniz

Kəmalə Piriyeva haqqında

Foto
2008-günümüz
ATV maqazin (veriliş) - aparıcı (silsilə televiziya verilişi), CinemATV (veriliş, 2009) - aparıcı, Sonuncu fəsil (teleserial, 2013) - aktrisa: Zümrüd Əfəndiyeva (Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı.), PikNik (veriliş, 2014) - aparıcı (İslam Mehrəliyev ilə birlikdə), Bozbash Pictures - 2014 - aktrisa: Kəmalə həkim (Azərbaycan kino komediyası), Gecə qonağı (film, 2015) aktrisa: Lalə (Rejissor Kənan MM-in filmi.), Məhv olmuş gündəliklər (tamaşa) - aktrisa (əsas rol), Palata 106 - 2016 - aktrisa: Aynur (Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı.), Ər və arvad (serial, 2016) - aktrisa: Könül (Elman Dadaşoğlunun rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı.), Vicdan haqqı (teleserial, 2016) - aktrisa: Dilbər Rzayeva (Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı.)

Ad,Soyad: Kəmalə Piriyeva
Yaş: 9 Fevral 1990 (34 Yaş )
Vəzifə: aparıcı, aktrisa
Çəki: 50
Yenilənmə tarixi: 21-01-2017

Kəmalə Piriyeva 1990-cı il yanvar ayının 9-da anadan olub, 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Məhv olmuş gündəliklər" tamaşasında əsas rollardan birini oynayıb. Kəmalə Piriyeva televiziyaya gələndə aparıcı kimi gəlib. İlk işi rejissor asissenti idi. Sonradan isə xarici görünüşü ona aparıcı olmaqda hardasa kömək eləyib. Aparıcı kimi dəvət aldı və sınaqdan keçdi. Televiziya rejissorluğunu bitirib.

Birinci kursda oxuyarkən Kəmalə Piriyevanı kollektiv olaraq Azad Azərbaycan TV-yə təcrübəyə göndərmişdilər. İçəri girən kimi Kəmalə Piriyevaya dedilər ki, səndə aparıcı siması var. Ona bu işi təklif etdilər. Razılaşdı. Beləliklə, o ilk dəfə 17 yaşında efirə çıxdı. Özü də canlı yayıma. Çox həyəcanlı idi. Siyavuş müəllim onun qulağına bir söz dedi, o sözdən sonra o öz missiyanı qüsursuz və gözəl bir şəkildə yerinə yetirməliydi. Aparıcılıqla yanaşı, rejissorluq dərsləri də aldı və bir neçə verilişin rejissorluğunu etdi.

Dostlarınla Paylaş

Saytda 157 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024