Tatli.Biz > Tapmacalar | Tatli.Biz

Tapmacalar
Saytımızda yerləşən Tapmacalar aşağıdakı hərflərə görə qruplaşdırılıb
A gedən kişi,
A gələn kişi,
Papağı yekə
Ayağı təkə.
A kişi, kişi
Əlində şişi.
Mənə bir at ver,
Nə erkək olsun, nə dişi.
A kişi, kişi,
Dəmirdən dişi,
Yeyər buğdanı,
Qalar küləşi.
A kişi-kişi,
Dəmirdən dişi,
Yeyər buğdanı,
Qalar samanı.
A lalələr, lalələr,
Gümüşdən piyalələr,
Göbəyindən dən yeyər
Bel üstündən balalar.
A mənim, al yastığım,
İçinə un basdığım.
A qara gədə, nədəndi,
Bağrı zədən-zədəndi.
Özü əllər doyurar,
Gözü doymaz nədəndi.
A Yel baba, dur, gedək,
Madyanını sür gedək,
Bir qapının qıfılın
Min qapıya vur, gedək.
A Yel baba, Yel baba,
Əynində məxmər əba.
Ağzın açıb-yumanda,
Od püskürər obada.
A yolnan gedən kişi,
Torpağnan vardı işi,
Bir oğlaq almışam mən
Nə erkəkdi, nə dişi.
Adam başında qıllı motal.
Adam belində, xallıca ilan.
Adam deyil, hey qaçır,
Meşə deyil, səs salır.
Adam döyül, əl-ayağı, dişi var,
Əcəb şeydi, qəravəlli işi var.
Adam əlində,
Şeytan felində,
Təkər ayaqlı,
Quyruğu belində.
Adamda yox,
İnsanda var,
Aləmdə yox,
Cahanda var.
Adı var, özü yox.
Ağ at biyan içində,
Quyruğu qan içində,
Getdim qanı silməyə,
Batdım biyan içində*.
Ağ at evdədi,
Ayğır meşədə.
Ağ atı altda gördüm,
Qızı soraqda gördüm.
Altı dənə ulduzu,
Bir ayın altda gördüm.
Ağ atım, əyri yatım,
Qayadan qorxmaz atım,
Yük yüklərəm, aparmaz,
Alınmaz, rula satım.
Ağ atım, lobbaz atım,
Qayadan qopmaz atım.
Ağ babanı [hədi yabanı],
Gəzər obanı,
Altı qıçı var,
İki dabanı.
Ağ çala qara toxum,
Əlim ilə əkərəm,
Dilim ilə biçərəm.
Ağ çöldə qara toyuq.
Ağ dəryanın suyun qızdır,
Üzü tamam ağca bezdir.
Ağ günbəz, qapısı yox.
Ağ köşəndə yer şumluyuram.
Ağ nəzər,
Qapıları gəzər.
Ağ otun alasına,
Gün düşdü talasına,
Elə də quş olarmı,
Yem verməz balasına.
Ağ oxloyum yağlıdı,
Başna qaytan bağladı.
Ağ qız çiməndə uzanar.
Ağ qıza əl uzatdım,
Məsti budaqda qaldı.
Ağ qıza əl uzatdım.
Ağ qul qapıları gəzər.
Ağ sandığım açıldı,
İçinnən nur saçıldı.
Ağ saqqalam, bəyirrəm,
Qıllarımı əyirrəm,
Mən keçdiyim yollardan,
Qoyun-quzu gətirrəm.
Ağ tas, qızıl tas,
Birin götür, birin as.
Ağ toyuq suda oynar,
Həmdəmlə belə oynar.
Ürkücü gəldi, ürkütdü,
Bərkici gəldi, bərkitdi.
Ağ üstündə qaralar,
Bir-birini qovalar.
Ağ uzatdım,
Al toxudum,
Qara sərdim.
Ağ yerə toxum səpərlər.
Ağ yumaq, qırmızı yumaq,
Nə vaxt gəldi bizə qonaq?
Ağa nəzər, ay nəzər,
Adı dağları bəzər,
Başında ağac gəzər.
Ağac ağacdan,
Qarnı şalaşdan,
Doymaz bu oğlan,
Min tağar aşdan.
Ağac atlandı,
Gəmi qatlandı,S
Quyruq bulandı,
Təpə sıçradı.
Ağac başın ovdular,
Kəndə koxa qoydular.
Ağac başın oydular,
Kəndə koxa qoydular.
Ağac başında ağca yumaq.
Ağac başında al yanaqlı qız.
Ağac başında bir torba un.
Ağac başında boxça,
Nə boxçadır, nə taxça.
Ağac başında darı quyusu,
Dağarcıqdı, sözün doğrusu.
Ağac başında darı quyusu.
Ağac başında gözü çıpalaqlı qoca.
Ağac başında hovuz,
Onu tapmayan donuz.
Ağac başında qara yumaq.
Ağac başında qarğa,
Ağzı dolu qovurğa.
Ağac başında qıınro bitər.
Ağac başında qırmızı qız.
Ağac başında qırmızı yaylıq.
Ağac başında qırmızı yumaq.
Ağac başında qora,
Bilmədim düşdüm tora.
Hər kəs bunu tapmasa,
Sorğusuz getsin gora.
Ağac başında sarı yemiş.
Ağac başında sarı yumaq
Üstünə səpilib ağ sumaq.
Ağac başında tüklü yumaq,
Bir üzü ağ, o biri sarımtıraq.
Ağac başında unlu dağarcıq.
Ağac başında zığlı dağarcıq.
Ağac için ovaram,
Düz ağzıma qoyaram.
Ağaca çıxar,
Ağzma tıxar.
Hər kəsə dəysə,
Evini yıxar.
Ağaca minər, qıçı sallanar.
Ağacda var bağırsaq,
Yel babanı çağırsaq,
Ağzım açıb ney çalar,
Süleymanı çağırsaq.
Ağacdan atı,
Dəmirdən qatı,
Adəm illəti,
Tanrı qüdrəti.
Ağacdan atı,
Dəmirdən qatı,
İnsan illəti,
Tanrı qüdrəti.
Ağacdan yuvası var,
Daşdan yumurtası var.
Ağacın tutmaq olmaz,
Ətrindən doymaq olmaz.
Ağara-ağara
Girdi mağara.
Ağca atı nalladım,
Səmərqəndə yolladım.
Ağca fərə suda oynar,
Zəm-zəmnən belə oynar.
Ağca motal, ağzı yox.
Ağca qız suda,
Fəni-fənnicə,
Burnu əyricə.
Ağca qoyundan,
Qara süd sağdım.
Ağca quzu, sarı quzu pətəkdə,
Ləzzətilə aləm onu yeməkdə.
Ağca təpə,
Başı küpə,
Nə küpədi,
Nə də təpə.
Ağdı donu, yoxdu canı,
Uzuncadır dırnaqları,
Yerə batır barmaqları.
Ağırlığın yer götürər,
Ruzusun Allah yetirər.
Ağızı var, dili yox,
Qarını var, beli yox.
O necə əkinçidir,
Toxum səpir, əli yox.
Ağzı bağlı bir kisəm var,
İçi qıllı, ağca palçıq.
Ağzı bağlı bir təndirim var,
İçi bircə kündə tutar.
Ağzı birdi, dili mindi,
Gah belə deyir, gah elə.
Ağzı poladdan,
Saqqalı sapdan.
Ağzı qara boz bəylər,
Vursan, ağzın əyilər.
Ağzı qara, gözü yox,
Suda izər, izi yox.
Ağzı var, dili olmaz,
Yüz ağac vur, çığırmaz.
Ağzı var, dişi yox,
Onu vurmayan kişi yox.
Ağzı var, gerisi yox,
Dərisi var, tükü yox.
Ağzın açar,
Zəhər saçar,
Hamı görüb,
Geri qaçar.
Ağzını aşağı elərəm dolar,
Yuxarı elərəm boşalar.
Ahanı, ha ahanı
Gəzər cümlə cahanı.
Dərələrdə öldürdüm,
Nə əti var, nə qanı.
Ahanı, ha ahanı,
Gəzər cümlə-cahanı.
İstanbuldan su içər,
Təbriz onun məkanı.
Al gəlir Ayıstannan,
Gül gəlir Gülüstannan
Bir şamama tapmışam
Bir ilin bostanınnan.
Ala qapı, zəncir sapı,
Beş budağı, bir yarpağı.
Ala, ha ala,
Örkən dolaşdı,
Ağaca, kola.
Alaca mənzər,
Dünyanı gəzər.
Alaca mənzər,
Qapılar gəzər.
Alaca qarğa,
Lapları yorğa.
Alaca, ha bulaca,
Səpdirmişəm yamaca,
Düz dırmaşar ağaca.
Alaca, ha bulaca,
Sərdirmişəm yamaca,
Düz dırmaşır ağaca.
Alaca-bulaca,
Uçdu qondu ağaca.
Alalar, ha alalar,
Erkək, dişi balalar.
Alçacıq quyu,
Dambıldar suyu.
Alçaq damdan qar yağar.
Qırağı taxta divar.
Aldım bir dənə,
Açdım min dənə.
Aldım qazan,
Saldım quyruq,
Əridi qazan,
Qaldı quyruq.
Aləmə işıq salır,
Axşam gül kimi solur.
Aləmi bəzər, özü lüt gəzər.
Alıcan quyuya düşdü,
Qulaqları ilişdi,
Alını atda gördüm,
İzin soratda gördüm,
Ayparanı bir atm,
Ayağı altda gördüm.
Almışam atannan
Gəncədə satannan,
Qu tükündən yüngül,
Qırağı qızıl, gül.
Altdan yeyər,
Üstdən qusar.
Altı ayda bir qarış,
Bir ayda altı qarış.
Altı bulaq içərlər,
Üstü zəmi biçərlər.
Altı camış,
Üstü keçi.
Yüklənibdi,
Bir cüt ata.
Altı cəhənnəm,
Üstü düzəngah.
Qulaqları üç,
Saçları ülgüc.
Altı çəpər, üstü çəpər,
İçində qara quş səkər.
Altı daş, üstü daş - arasında çəmənim,
Qazanda bişən duzsuz aşımdı mənim.
Altı daşdı, daş deyil,
Üstü daşdı, daş deyil.
Heyvan kimi otlayır,
Heyvana yoldaş deyil.
Altı dəri, üstü dəri,
İçində bir ovuc darı.
Altı haça,
Üstü haça.
İki üzük,
İki qılça.
Altı inci, mirvari,
Üstü inci, mirvari,
Arasında bir yarpaq.
Altı mərmər,
Üstü mərmər,
İçində bir
Bülbül oynar.
Altı qoyun, üstü keçi,
Başı şabalıd, quyruğu qayçı.
Altı şişə,
Üstü şişə,
Ortasında
Kabab bişə.
Altı taxta, üstü taxta,
İçində cəllad hasası.
Altı taxta, üstü taxta,
Ortasında dəmir balta.
Altı taxta,
Üstü taxta
İçində yaşıl paxla.
Altı yaşıl lalalar,
Üstü yaşıl lalalar,
İldən-ilə əkilər,
Cütcə-cütcə balalar.
Altı, taxta, üstü taxta,
Oturub bir ağ otaqda,
Qoyun deyil, ot otlayır,
Toyuq deyil, yumurtlayır.
Altında qazan qaynar,
Üstündə ocaq yanar.
Ana bir qız doğubdu,
Nə əli var, nə ayağı,
Qızı oğlan doğubdu,
Həm əli var, ayağı.
Anada var, atada yox,
Nuxada var, Bakıda yox.
Anam atlandı,
Xalı qatlandı,
Quyruq bulandı,
Qum səpələndi.
Anam məni öldürər,
Dərimə saman doldurar,
Çal eşşəyə mindirər,
Qapı-qapı dolandırar.
Anam, atam var mənim,
Suda xatam var mənim,
Dörd anadan olmuşam,
On beş atam var mənim.
Anası qaraca,
Qızı qırmızıca,
Oğlu qıvrımca.
Anası qundaqda yatır,
Oğlu bazara gedir.
Anaxanım atlandı,
Qol-qanadı qatlandı.
Araba gedər, izi yox,
Küləş yanar, közü yox,
Altı ayaq, bir daban,
Ağzı qara, gözü yox.
Araba gedər, izi yox,
Ulğun yanar, közü yox.
Zirzəmidə gizlənib,
Qabığı var, gözü yox.
Araba gedər, izi yox,
Yanar, yanar, gözü yox.
Araba gedər, tozu yox,
Suda üzər, izi yox.
Çanaqçıda qışlamış,
Ağzı qara, gözü yox.
Araxçınım var atlas,
Ataram suya batmaz.
Araz qırağı düzdü,
Sanasan əlli, yüzdü,
Oğul gedər davaya,
Anası hələ qızdı.
Arazın ləpəsindən,
Süd sağdım təpəsindən.
İki əli var belində,
Ağızı var təpəsində.
Arpa yemir, saman yemir,
Anqırır heyvan kimi.
Arvada bax, arvada,
Oturubdu torbada,
Torbası dəmirdəndi,
Özü ala bədəndi.
Aşağı əyirəm tökülməz,
Qırağı çəpərdi sökülməz,
Yerində sarımsaq əkilməz.
Aşağı gedərəm ley-leyi,
Yuxarı gedərəm ley-leyi,
Nə sümüyü var, nə iliyi.
Aşığın qan ayağı,
Qan əli, qan ayağı,
Aşıq bir şey görübdür,
Üç başı, on ayağı.
Aşıq ağladı, getdi,
Ciyər dağladı getdi,
Əlli dəvə, yüz qatır,
Bir mıxa bağladı getdi.
Aşıq aşı bişirir,
Yanlıb, naşı bişirir.
Bu gün bir hikmət gördüm,
Ayaq başı bişirir.
Aşıq eldən yuxarı,
Şana teldən yuxarı,
Aşıq bir şey görübdü,
Üç başı, on ayağı.
Aşıq eldən yuxarı,
Şana teldən yuxarı.
Aşıq bir şey görübdü,
Dizi beldən yuxarı.
Aşıq su deyib ağlar,
Sünbül su deyib ağlar
Dəryada bir gül bitib,
O da su deyib ağlar.
Aşmaz-uşmaz,
Yerə düşsə,
Beli sınmaz.
At baba, ha hut baba,
Dolan evi, yat, baba.
Ata minər, səslənməz,
Yerə düşər, paslanmaz.
Suya düşər, islanmaz.
Atam atlı, mən yayaq,
Əlimdə dəmir daraq.
Palçıq dizdən, su beldən,
Yüyürürük toz qopur.
Atamın bir qurşağı var,
Dəstələdikcə qurtarmır.
Atamın yeddi oğlu var,
Yeddisi də bir boyda.
Ataya dəyməz,
Babaya dəyər,
Xalaya dəyməz,
Əmiyə dəyər.
Dəyərə dəymez,
Dəyməzə dəyər.
Allaha dəyməz,
Billaha dəyər.
Atdan hündür,
Qoçdan alçaq,
İçi yunlu,
Üstü saçaq.
Atdım atana,
Dəydi adama.
Ucu şiş neştər,
Uzunca təhər.
Atdım atana,
Dəydi kotana,
Suda balığa,
Düzdə ceyrana.
Atdım atana,
Dəydi kotana.
Dəryada balığa,
Düzdə ceyrana.
Atdım yamaca,
Düşdü umaca.
Atəşdə yanmaz,
Suda batmaz.
Atıldım mindim qara daya.
Atılıb-düşər,
Susuz bişər,
Qırmızı düşər.
Atsam irəli,
Qayıtmaz geri,
Desəm, ah əhsən,
Tərs oğlu, tərsəm.
Avın alsan, mırıldar,
Sığallasan, xoruldar.
Axar çayın axanı,
Dolandırar cahanı,
Bir yanında xış işlər,
Bir yanında kotanı.
Axşam açılır,
Səhər yığılır.
Axşam anadan olar,
Səhər durar, yer ovar.
Axşam gedər,
Səhər gələr.
Axşam oldu - qırıldıq,
Səhər açıldı - dirildik.
Axşam yığılar,
Səhər dağılar.
Ay doğdu axtalandı,
Doğduqca axtalandı.
Bazara bir nər gəldi,
Yüz yerdən noxtalandı.
Ay gedər ha il gedər,
Gecə-gündüz yol gedər.
Nə dili var, nə ağzı,
Nərildər aslan kimi.
Ay gedir adamıla,
Bir xonça badamıla,
Nə dili var, nə ağzı
Danışır adamıla.
Ay haca gedən kişi,
Əlində yulğun kişi,
Mənə bir şal al gətir,
Nə ərşi olsun, nə arğacı.
Ay nənə, bizə yağ gətir,
İnəkləri sağ, gətir.
Çalxanmamış nehrədən
Ərinməmiş yağ gətir.
Aya bax axtalanıb,
Qapılar taxtalanıb.
Meydana bir at gəlib,
Burnundan noxtalanıb.
Ayağı var səkkiz ədəd,
Əl vurantək əziləcək.
Havadadır, qanadı yox,
İpək toxur, cəhrəsi yox
Ayağı var, əli yox,
Ağızı var, dili yox.
Soyuqlarda gərəkdir,
Boğazı lap dirəkdir.
Ayağı var, qaça bilmir.
Qanadı var, uça bilmir.
Ayağı yoxdur qaçır,
Qanadı yoxdur uçur.
Ayağınnan aldırnaz,
Ağza yüyən vurdurmaz.
Az gedər, çox gedər,
Bircə qarış yol gedər.
Dostlarınla Paylaş

Logo
Tapmacalar | Tatli.Biz
İstədiyiniz Tapmacaları tapa bilərsiniz. Saytımızda yerləşən Tapmacalar hərflərə görə qruplaşdırılıb
tapmaca, bulmaca, atalar sözləri, məsəllər, inşa, kitablar, dərsliklər, fənn, bədii, bayatı, abdulla, meseller, atalar sozleri, molla, edebiyyat, layla, meqaleler, melumatlar, haqqinda, abbas sehet, qoşma, şeir
Saytda 73 nəfər

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Məlumat Axtar, Kinolar, Seriallar, Android Dünyası, Hansı gün doğuldun?, Instagram-dan video(şəkil) yüklə, İşığa borcunu öyrən, Qaza borcunu öyrən, Suya borcunu öyrən, Whatsapp Plus 2020, Instagram Plus, Youtube Plus, Online Dərsliklər, Inşalar toplusu, Atalar Sözləri və Məsəllər, Geniş Kitabxana, Qadın Dünyası, Bürclərin Sirri, Islam Aləmi, Aforizmlər - Dahilərin sözləri, Online Xəritə, Koronavirus canlı izlə(COVID-19, II Dərəcə Tənlik Hesabla, Futbol Nəticələri, Idman Xəbərləri, Namaz vaxtları, Valyuta Məzənnəsi, Valyuta Hesabla, Webmoney Hesabla(WMR), Online Tərcümə, Tapmacalar, Bürc-il Yoxla, Doġum gününü hesabla, Ideal çekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Silinmiş şəkillərin geri qaytarılması, Wap+Web Skaner, Domen Yoxla, IP Axtar, Qrab Yarat, Kodlaşdırma, Simvol Kodları, Hərf Kodları, Rəng Kodları, Saytın şəklini çek, Telefon modelini dəyiş, Smayl düzəlt, Icon düzəlt, Button düzəlt, Lətifələr, Qurani Kərim - Səsli(Azərbaycanca), Qurani Kərim - Səsli(Türkcə), Qurani Kərim - Səsli(Rusca), Qurani Kərim - Səsli(Ərəbcə), Nağıllar, Dərman Axtar(Qiyməti), Tanınmış Simalar, Maraqlı Məlumatlar, Moda - Gözəllik, Sağlamlıq, Ailə və Uşaq, Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin, Show Biznes, Qarışıq Xəbərlər, Online Foto, Ən Son Xəbərlər, Koronavirusla Mübarizə Testi
xml | xml2 | html | ror | mp3 | video

©Tatli.Biz 2010-2020