Tapmacalar

Tapmacalar


Saytımızda yerləşən Tapmacalar aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Tapmacalar

Dağ kolunda bir damcı qan,
Hər tərəfi yaşıl orman.
Dağda dülüymən gördüm
Suda süleyman gördüm
Yatar göyşər daş gördüm.
Duzsuz bişmiş aş gördüm.
Dağda tappıldar,
Suda şappıldar,
Ayğır ölkədə,
Bozu yataqda.
Dağda tappıldar,
Suda şappıldar,
Obada fərman,
Kənddə süleyman.
Dağdan atsan əzilməz,
Bir yumruğa dözəmməz.
Dağdan bir qab aş yumarladım,
Dənəsi də yerə düşmədi.
Dağdan gəlir Banı xanım,
Əlləri xınalı xanım,
Farsi deyər, dil anlamaz,
Ala köynək, çit arxalıq.
Dağdan gəlir bir mözü
Bir burnu var, qırx gözü.
Dağdan gəlir dadıq suyu,
Heç kim onu dada bilməz.
Dağdan gəlir dadıq suyu,
Heç kim onu dada bilməz.
Nazik toxur culfa bezi,
Heç kim onu geyə bilməz.
Dağdan gəlir dağ alaca,
Dalın söykəyib ağaca,
Ətdar Məmməd qavaxlıdı,
Məmmədşərif dodaqlıdı.
Dağdan gəlir dağ alı,
Qolları budaq alı,
Əlin gözünə soxsan,
Ağzı ayrıla qala.
Dağdan gəlir dağ kimi,
Qolları budaq kimi,
Oturur həsir kimi,
Duranda yesir kimi.
Dağdan gəlir dağ kimi,
Qolları budaq kimi.
Əyilir su içməyə,
Böyürür oğlax kimi.
Dağdan gəlir Dağara xanım,
Əlləri xınalı xanım,
Farsı çalır, türk oynayır,
Ay keçi köynəkli xanım.
Dağdan gəlir danqıra,
Quyruğu zildən qara,
Yerişi tapur-tupur
Dırnağı səksən para.
Dağdan gəlir hel, a hel
Ayağında tısma tel,
İgidsənsə onu bil.
Dağdan gəlir hənir-hənir,
Yerə düşdü yumru dəmir.
Vur başına, otur gəmir,
A daş-dəmir, adın nədir?
Dağdan gəlir hozı kimi,
Dəyirmanın tozu kimi.
Dağdan gəlir kəhər at,
Zalım, gözəl kəhər at,
Ayağmda qıl sicim,
Budu gəldi kəhər at.
Dağdan gəlir, dağ ala,
Qolları budaq ala,
Səksən səkkiz caynaqlı,
Az qalır adam ala.
Dağdan gəlir, daşdan gəlir,
Qudurmuş bir aslan gəlir.
Dağdan saldım sınmadı,
Daşdan saldım sınmadı,
Körpüdən saldım sındı.
Dağdan yerə sallanır,
Hər nə versən allanır.
Dağdan yumbalanar, sınmaz.
Dağdan, daşdan qan gəlir,
Qıvrılmış ilan gəlir.
Qabağında durmayın,
Qudurmuş aslan gəlir.
Dağdan, qayadan aşar,
Pişik kimi dırmaşar.
İlan kimi sürünər,
Divardan bərk yapışar.
Dağda-qayada gəzər,
Quyruğunda var zəhər.
Dağlarda lala gəzər,
Əldə piyala gəzər,
Nə yumurtlar, nə doğar,
Yanınca bala gəzər.
Dağlarda lalə gəzər,
Əldə piyalə gəzər,
Nə doğar, nə balalar
Dalınca bala gəzər.
Dağlarda qar əridi,
Ayaq tutub yeridi,
Dərə görüb bağırdı,
Dərya görüb kiridi.
Dağların barı mənəm,
Əriməz qarı mənəm.
Atamın oğluyam,
Anamın əri mənəm.
Dağların qarı mənəm,
Gün vursa ərimənəm.
Oğlumun qaynatası,
Qızımın əri mənəm.
Dam dambıldar,
Su gumbuldar [şappıldar],
Heyva çalar,
Nar oynuyar.
Dam dambıldar,
Su guruldar,
Heyva çalar,
Nar oynuyar.
Dam üstə at kişnər.
Dam üstə çatı qırığı.
Dam üstə daylaq oynar,
Yerə dəyib oyular.
Damda dana böyürür,
Qızlar ora yüyürür.
Damda var qara yaylıq,
Yağışa çara yaylıq.
Dam-damın səsi gəlir,
Damnan dəm səsi gəlir,
On iki pəncərədən,
Bir quran səsi gəlir.
Dan üzündən durdum,
Qızıl at belinə sıçradım.
Danışaram dəmirdən,
Cavab gəlir kəndirdən.
Dar küçədə qulun mələr,
Qabaqdakın yerə sərər.
Daş xırıldar,
Su şırıldar,
Taxta çalar,
Dən oynaşar.
Daşdandı, dəmirdəndi,
Xörəyi xəmirdəndi,
Aləmə yemək verər,
Özü doymaz nədəndi?
Daşdəmir daşdan,
Qamı talaşdan,
Daşdəmir doymur,
Yüz qazan aşdan.
Daşdəmirdi, yeməyi xəmirdi.
Daşı-daşlara çaxdım,
Pambığı oda yaxdım.
Dədəsi donqar əli,
Anası yastı pəri.
Qızı ellər gözəli,
Qardaşı yaman dəli.
Dəli qatır, qapıda yatır,
Gəlib-gedənə tərsə baxır,
Qol-qılçası belinə batır.
Dəniz qırağı düzdü,
Sayı əllidi, yüzdü,
Şah küsdü, baba köçdü,
Əlin bağçadan üzdü.
Dənizdə bir ev gördüm,
Üstündə var dam-baca.
Yeriyir yavaş-yavaş,
Tapmacadı, tapmaca.
Dərd-bəlanı sovan kösöv,
Qurdu-quşu qovan kösöv.
Dərdi qəmdən,
Təni zədən,
Əlin vursan,
Edər fəğan.
Dərə dibində durar,
Aləmi o doyurar.
Dərədə durmuş,
Bığını burmuş,
Dünya durduqca,
Yerindo durmuş.
Dəri kimidi, dəri,
Üstü ət, içi dəri.
Dərya qırağı düzdü,
Sanasan əlli, yüzdü.
Yaşıl əkdim, al bitdi,
Görən əsli nə düzdü.
Dərya üzü samandı.
Samana bir od düşdü,
Gör nə aman-amandı.
Dəryada bir gül bitibdi, adı yox.
Şirinlikdən yemək olmaz, dadı çox.
Dəvədən böyük,
Sərçədən kiçik,
Zəhərdən acı,
Şəkərdən dadlı.
Dəyirmana dən doldu,
Zülf üzünə bənd oldu,
Düz üç yüz altmış taxta
Bir mismara bənd oldu.
Dəyirmana dən gəldi,
Qırmızı don tən gəldi,
Toxunmamış çuvalda,
Üyünməmiş un gəldi.
Dəyirmanın daşı var,
Üstdə gövhər qaşı var.
Hər kəs onu tapa bilsə,
Yüz iyirmi yaşı var.
Dəyirmi təpə,
Qızıldan küpə.
Dik çıxanda ildırım,
Dik enəndə digirqoz.
Dilbər zindanda,
Saçı eyvanda.
Dili də var, ağzı da,
Heç danışmır adamla.
Dili var, insan deyil,
Tikişi var, şal deyil,
Yarpağı var, gül deyil.
Dili yoxdu, dilləndirir,
İnsanı elmləndirir.
Dilim-dilim nar,
Diziməcən qar,
Yeddi dananın gönü,
Bircə ayağıma dar.
Dilim-dilim nar,
Dizimətən qar.
Uçdu bir kəklik,
Qondu bir dilbər.
Dınqır ələk, dınqır saz,
Əlim xəmir, qarnım ac.
Dırazı qıç, uzun saqqal.
Dişləri var, it deyil,
Ayağı var, bit deyil,
İlan kimi bərk çalar,
Yerində bir dərd qalar.
Ditdiləcik məndirə,
Bəyi yerə əndirə.
Divar dibində ağca quşlar oturar.
Dolanar bütün ərzi,
Aşar dağı, dənizi.
Gəzib göydə gecələr,
Gəlib yerdə dincələr.
Dona bürünməz,
Gözə görünməz,
Dildən üzülməz.
Doqquzu don darayı,
Səkkizi san darayı.
İkisi xas qırmızı,
Dördü mazan darayı.
Dörd dərviş bir quyuya daş atar.
Dörd gözlü bir bulaqdı,
Suyu tamam düm ağdı.
Dörd qardaş bir qundaqda yatıb,
Göbəklərin bir-birinə çatıb.
Dörd qardaş,
Ha ötüşürlər.
Biri-birinə,
Çata bilmirlər.
Dörd qardaşın bir papağı var,
Hamısı birdən qoyur.
Dörd şaphaşap,
Bir daraq sap.
Dostum mənə nar göndərdi,
Yox demədi, var göndərdi,
Çalınmamış süd-qatıqdan,
Çalxanmamış yağ göndərdi.
Dövranın əmrindədir,
Bəndənin felindədir,
Altı ayağı, iki gözü,
Quyruğu belindədir.
Dümdüz idi meşədə,
Evdə başqa peşədə,
Üstə ilan uzanar,
Bir ağ köynək qazanar.
Dünyanı dolanar-gəzər,
Özü bir ovuc yer tutar.
Durub, durub əylənər,
Məni görüb bəylənər.
Adam kimi yeriyər,
Adam deyil, əylənər.
Düz əkdim, əyri bitdi.
Duzsuz fətir, unsuz fətir.
Nə isti deyir, nə soyuq.
Elə fətirdi ki, fətir.
Düzüm-düzüm nar,
Dizimətən qar.
Əsdi o dilbər,
Doldu bu xalvar.
Düzüm-düzüm nar,
Dizimətən qar.
Əsdi qara yel,
Qondu o dilbər.
Dostlarınla Paylaş

Saytda 70 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024