Tapmacalar

Tapmacalar


Saytımızda yerləşən Tapmacalar aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Tapmacalar

Uçan bir quş kənəkdir,
İşi tamam kələkdir,
Dəyirmana can verər,
Xırmana da gərəkdir.
Ulama, ay ulama,
Nafıl oxu dolama,
Gündüz gedər şah bağına,
Gecə gələr salama.
Uyumamış dələmə,
Düşüb səsi aləmə.
Üç həftənin içində,
Diri düşmüş aləmə.
Uzanar, ha uzanar,
Qollarınnan balalar.
Uzaqdan baxaram ağarar,
Yaxına gedərəm bağırar.
Uzaqdan baxdım heç nə yox,
Yaxına getdim, sayı çox.
Yük aparır hara day,
İncə belli qara day.
Uzaqdan baxdım yaman çox.
Yanına getdim, heç nə yox.
Uzaqdan baxırsan qaracadı,
Yaxına gəlirsən ölücədi,
Barmaq sox gözünə diricədi.
Uzaqdan gördüm çalı-çəpər,
Yaxına getdim, məni çəkər,
Əlimə alsam qanı damar,
Ağzıma qoysam, qənd-şəkər.
Uzun ağacı ovarlar.
Başına papaq qoyarlar.
Uzun bağırsaq başı təpəl.
Uzun boy, qısa ayaq,
Gəzər yastıyapalaq.
Uzun boylu,
Qızıl donlu,
Ağ köynəkli,
Əlfı ağa.
Uzun dirək içində odlu külək.
Uzun hacı, kök hacı,
Duman başının tacı.
Uzun qız evləri gəzər.
Uzun qız oba gəzər,
Xamırnan özün bəzər.
Uzun qız tək ayaqlı,
Yumarlanar lovğa gəzər,
Gedib-gəlib xamır əzər.
Uzun qız uzanar,
Özünə köynək qazanar.
Uzun qızım uzanar,
Həftədə bir bəzənər.
Uzun qızın kölgəsi yox,
Müştərisi hər şeydən çox.
Uzunca qız uzanar,
Özünə yem qazanar.
Uzundu boyu
Ağdı qanı,
Sudu canı.
Uzun-uzun dərvişlər,
Gecə bizə gəlmişlər.
O qədər oynamışlır,
Xurd-xəşıl olmuşlar.
Uzun-uzun kişilər,
Başların, ayaqların,
Divarda gizlətmişlər.
Uzun-uzun qayışlar,
Gedər Gəncədə işlər.
Uzun-uzun qayışlar,
Gedib Gəncədə işlər.
Uzun-uzun söyüdlər,
Beli bağlı igidlər.
Uzun-uzun ulama,
Ucuna qıl dolama,
Bizim ala kəkliyin,
Yumurtasın kim ala?
Uzun-uzun ulama,
Ucuna qıl dolama.
Gedər uca dağlara,
Gələr bizə salama.
Uzun-uzun ulama,
Ucuna sap dolama.
Gedər bəyin yanına,
Bizə gəlməz salama.
Uzun-uzun uzanar,
Al yaşıla boyanar.
Qırmızıdan don geyər,
Ərş üzünə uzanar.
Uzun-uzun uzanar,
Həftədə bir bəzənər.
Uzun-uzun uzanar,
İpdən tutub sallanar.
Uzun-uzun uzanar,
Özünə köynək qazanar.
Uzun-uzuncuğum,
Gödək qılıncım,
Şədəro bürcüm,
Şəddə qurşağım.
Dostlarınla Paylaş

Saytda 85 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024