Tapmacalar

Tapmacalar


Saytımızda yerləşən Tapmacalar aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Tapmacalar

- A quş, hardan gəlirsən?
- Qanlı qaya dibindən.
- Qanın niyə qurumuş?
- Allah belə buyurnuş.
Alaca-bulaca,
Uçdu qondu ağaca.
Altı qoyun, üstü keçi,
Başı şabalıd, quyruğu qayçı.
Axşam anadan olar,
Səhər durar, yer ovar.
Axşam yığılar,
Səhər dağılar.
Bağda uçar səhər-səhər,
Verər bizə yazdan xəbər.
Başı daraq, quyruğu oraq,
Tezdən durar, surun vurar.
Bir quşum var,
Ziy-ziyidi.
Gecə uçar,
Gündüz yatar.
Buxarı, ay buxarı,
Tüstü çıxar yuxarı,
Kənddə bir oğlan gördüm,
Əyni yaşıl çuxalı.
Çıxdım qız qalasına,
Ox atdım yuvasına,
Quşlardan hansı quşdur,
Süd verir balasına.
Dağdan gəlir Banı xanım,
Əlləri xınalı xanım,
Farsi deyər, dil anlamaz,
Ala köynək, çit arxalıq.
Dağdan gəlir Dağara xanım,
Əlləri xınalı xanım,
Farsı çalır, türk oynayır,
Ay keçi köynəkli xanım.
Dağdan gəlir kəhər at,
Zalım, gözəl kəhər at,
Ayağmda qıl sicim,
Budu gəldi kəhər at.
Dağların barı mənəm,
Əriməz qarı mənəm.
Atamın oğluyam,
Anamın əri mənəm.
Dili də var, ağzı da,
Heç danışmır adamla.
Elə gedər hizi kimi,
Çarıqçının bizi kimi,
Ağı var dələmə kimi,
Qarası var kömür kimi.
Eşdim-eşdim qum çıxdı,
Qumdan minarə çıxdı,
Bildir doğulan oğlan,
Bu il çinara çıxdı.
Əyri boyun, sarı dimdik,
Gödək ayaq, yaşıl papaq,
Suda gəzər, yastıyapalaq.
Əzan verir, namaz bilmir,
Arvad alır, kəbin bilmir.
Gedir, gedir izi var,
Geri dönür, tozu var.
Al osmanda çəngi var,
Quyruğunda rəngi var.
Gəlirdim kənddən,
Səs gəldi bənddən,
Ağzı sümükdən
Saqqalı ətdən.
Göylə uçar, görünməz,
Yerə düşər, sürünməz,
Doğar-törər, əri yox,
Qanadının pəri yox.
Gündüz yatar yuvada,
Gecə gəzər obada.
Halalar, ha halalar,
Dağda ceyran balalar.
Quşlardan hansı quşdu,
Yumurtasız balalar.
Kardı, kordu gündüzlər
Vurdu, haydı gecələr,
Hansı quşdu döşü var,
Ağzında dişi var.
Mən atamın vəznəsiyəm,
Cibinin xəznəsiyəm.
Atam mənim oğlumdu,
Mən atamın yeznəsiyəm.
Nağaraçı nağara çalır,
Nə nağarası var, nə çubuğu.
O necə quşdu ki,
İnsan kimi süd əmər.
Onun adı pəridi,
Könlümə müştəridi.
Axşam anadan oldu,
Səhər durdu yeridi.
Qara qatır,
Bədlik satır,
Gecə gəzir,
Gündüz yatır.
Qatarlanıb gedirlər,
Bizə salam edirlər.
Qatar-qatar uçarlar,
Şahin görüb qaçarlar,
Gündüzləri otlayıb,
Axşamları uçarlar.
Qat-qat qalası var bunun,
Qan piyaləsi var bunun.
Nə çalxalar, nə çıxardar,
Pərvaz balası var bunun.
Siçan görsə dişin açar,
Quş görəndə qanad açar.
Sübhdən nişanı var,
Üzündə qeyrəti var.
Al osmanda cəngi var,
Quyruğunda rəngi var.
Tap tapmaca,
Gül yapmaca,
Məməli xatın,
Dişləri yox.
Tap tapmaca,
Qulaqları yappaca,
Yatanları oyadır,
Süleyman papaqlıca.
Tullananda cüt atar,
Alacası qıçında.
Uyumamış dələmə,
Düşüb səsi aləmə.
Üç həftənin içində,
Diri düşmüş aləmə.
Uzun boy, qısa ayaq,
Gəzər yastıyapalaq.
Yumru, yumru sarıdı,
Yumru gözü darıdı,
Gəzir bizim bağçada,
Üç həftənin barıdı.
Zülmət enəndə gülər,
İşıq görsə mürgülər.
Dostlarınla Paylaş

Saytda 55 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023