Tapmacalar

Tapmacalar


Saytımızda yerləşən Tapmacalar aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Tapmacalar

Ağ otun alasına,
Gün düşdü talasına,
Elə də quş olarmı,
Yem verməz balasına.
Ağzı qara, gözü yox,
Suda izər, izi yox.
Alalar, ha alalar,
Erkək, dişi balalar.
Araba gedər, izi yox,
Küləş yanar, közü yox,
Altı ayaq, bir daban,
Ağzı qara, gözü yox.
Araba gedər, tozu yox,
Suda üzər, izi yox.
Çanaqçıda qışlamış,
Ağzı qara, gözü yox.
Araz qırağı düzdü,
Sanasan əlli, yüzdü,
Oğul gedər davaya,
Anası hələ qızdı.
Aşağı gedərəm ley-leyi,
Yuxarı gedərəm ley-leyi,
Nə sümüyü var, nə iliyi.
Aşıq eldən yuxarı,
Şana teldən yuxarı.
Aşıq bir şey görübdü,
Dizi beldən yuxarı.
Ayağı var səkkiz ədəd,
Əl vurantək əziləcək.
Havadadır, qanadı yox,
İpək toxur, cəhrəsi yox
Ayağı var, qaça bilmir.
Qanadı var, uça bilmir.
Başı yerdə, dalı göydə.
Bay-bay ayaqlı,
Mənzər dodaqlı,
Çəkərəm gəlməz,
Banı ayaqlı.
Bay-bay uçar, bay qonar.
Bay iliksiz, bay sümüksüz.
Bir balaca xallı şey,
Üstü qızıl allı şey,
Qoydu bizim dolçaya,
Şirin, sarı, dadlı şey.
Bir beləcə mil daşı,
Yandırdı, yanın qaşı.
Bir çanaq üzüm,
Yollara düzüm.
Boğazı, beli
Büzüm, ha büzüm.
Bir damım var,
Bir çəngə ot tutmaz,
Yüz baş mal tutar.
Bir özü, yüz balası,
Özü də belində gəzər.
Bir quşum var alaca,
Uçar, qonar ağaca,
Ağacda bir ev tikər,
Nə qapı qoyar, nə baca.
Bir quşum var, dıqqana,
Gecə çıxar dik qana,
Ürəyi şir ürəkli
Özün yaxar oddana.
Bir quşum var, yumuşdu,
Üstü-başı gümüşdü.
Nə dən yeyər, nə içər,
Amma özü bir quşdu.
Bir sürü quzu,
Otlayır düzü,
Nə bir izi var,
Nə də ki, tozu.
Bir tapmaca deyim,
Tapmasan gənə deyim.
Biz biz idik - yüz qız idik,
Bizi bükdülər, ipə düzdülər,
Qırğın gəldi - qırıldıq,
Şükür Allaha dirildik.
Bolli-billi bilən day,
Beli incə kürən day.
Hövrən görər kişnəməz,
Göy ot görər dişləməz.
Bu günü adınadı,
İşlər ovandınadı.
Sümüksüz, sümük yeyir
Tap görüm, adı nədi?
Bu meşə gül meşəli,
Altı tər bənövşəli.
Bir kişinin min oğlu,
Hamısı bir peşəli.
Bu quş necə quşdu,
Qanadı fırlanquşdu.
Ot otlar qoyun kimi,
Su içməz, necə quşdu?
Buxarı, ay buxarı,
Tüstü çıxar yuxarı.
Quşlarda hansı quşdu,
Ayaq beldən yuxarı.
Camışlar, ha camışlar,
Halqa buynuz camışlar,
Tanrısı bostan əkmiş,
Yığlıb onu yemişlər.
Canı var, qanı yox,
Əti var, gönü yox.
Canı vardı, qanı yox,
Yer altında sanı yox.
Cığ-cığa quşlar.
Cami dunnuşlar,
Özü qazanar,
Sizə bağışlar.
Çil toyuq, çiləmə toyuq,
Başın kəsərəm qanı yox.
Çilə, bülbülüm, çilə,
Şeh düşüb qızılgülə,
Quşlardan hansı quşdu,
Yumurtası qalar ilə.
Dağdan gəlir hel, a hel
Ayağında tısma tel,
İgidsənsə onu bil.
Dağda-qayada gəzər,
Quyruğunda var zəhər.
Dağlarda lalə gəzər,
Əldə piyalə gəzər,
Nə doğar, nə balalar
Dalınca bala gəzər.
Dam-damın səsi gəlir,
Damnan dəm səsi gəlir,
On iki pəncərədən,
Bir quran səsi gəlir.
Dəniz qırağı düzdü,
Sayı əllidi, yüzdü,
Şah küsdü, baba köçdü,
Əlin bağçadan üzdü.
Dişləri var, it deyil,
Ayağı var, bit deyil,
İlan kimi bərk çalar,
Yerində bir dərd qalar.
Əcaib bir quşum var,
Yerdə gəzər, izi yox.
Əti haram, südü halal,
Boğazladım, qanı yox.
Əzizim, bir anası,
Hərənin öz anası.
Quşlardan hansı quşdur -
Min bala, bir anası?
Əzizinəm, gün doğar,
Aşiq aşiqi qovar.
Anası beşikdəykən,
Qızı bir oğlan doğar.
Hazar hazara gedər,
Bu yol bazara gedər,
Atası beşikdədir,
Oğlu bazara gedər.
Həşədən, ha həşədən,
Gün çıxıbdı meşədən.
Qırx padşahın oğlu,
Hamısı bir peşədən.
İlim iynəsi var, bunun,
Zərli libası var, bunun.
İynə ilə dəlik-deşik,
Gör nə binası var, bunun.
Kürün qırağı düzdü,
Sonası göldə yüzdü,
Oğlu şahlıq eləyir,
Anası hələ qızdı.
O hansı heyvandı yuvasım çiynində gəzdirir?
O hansı quşdu yazı, yayı işləyər,
İnsan kimi özünə azuqə yığar?
O nədi ki, cəsədi var, qanı yox.
O nədi ki, əlsiz-ayaqsız,
Dırmanır nərdivansız.
O nədi ki, əti qoyar, sümüyü yeyər.
O nədir ki, nə qanı var, nə sümüyü.
O nədir ki, özü ətdir, yediyi sümük.
O taydan gəlir fil,
Yükü zəncəfil,
Ölüdən törəmiş,
Gəl sən onu bil.
Püstədi, ha püstədi,
Taxtı rəvan üstədi,
Camış kimi ot otlar,
Su içməyə xəstədi.
Qanadı var uçmağa,
İynəsi var sancmağa.
Sevir işi, zəhməti,
Odur ki, var hörməti.
Qanadı var, quş deyil,
Buynuzu var, qoç deyil.
Qanadı var, quş deyil,
Dişləyir, ilan deyil.
Qaq-qaq qalası var bunun,
Ağı, alası var bunun,
Yumurtlamaz, qaqqıldamaz.
Uçar balası var bunun.
Qaradır, qarğa deyil,
Qanadlıdı, quş deyil.
Qoxu bilir, it deyil,
Şirni yeyir, bit deyil.
Qiblədən ulduz doğdu,
Ulduz ulduzu qovdu,
Anası beşikdəykən
Balası oğlan doğdu.
Qoyun deyil, otlayır,
Toyuq deyil, yumurtlayır.
Quşum nə yaxşı quşdu,
Üzü qibləyə tuşdu,
Ot otlar gomuş kimi,
Su içməz, necə quşdu?!
Rəngbərəngdir gül kimi,
Qanadı var tül kimi,
Uçur bağda, çəməndə,
Çox yüngüldür tük kimi.
Salamməleyk ustalar,
Dirilsin qoy xəstələr,
Quşlardan hansı quşdur,
Bağırsağın dəstələr.
Sarıdı, zəfəran deyil,
Qanadlıdı, quş deyil.
Yediyi gül-çiçəkdi,
Nəcisi çox göyçəkdi.
Sarıdı, zəfəran deyil,
Yazılıdı, quran deyil,
Buynuzludu, qoç deyil.
Tap, - dedim, tapış, - dedim.
Gül buxaqdan yapış, - dedim.
Adam feli, keçi qılı,
Qatarlanıb gedir, - dedim.
Torpaq deyil, daş deyil,
Quru deyil, yaş deyil,
Buynuzu var, qoç deyil,
Qanadlıdır, quş deyil.
Uzaqdan baxdım heç nə yox,
Yaxına getdim, sayı çox.
Yük aparır hara day,
İncə belli qara day.
Vay-vay uçar,
Vay-vay qonar,
Vay iliksiz,
Vay sümüksüz.
Vıy vıyıldar,
Vıy sızıldar,
Vıy iliksiz,
Vıy sümüksüz.
Yazda yığır yeməyini,
Çox sevir öz əməyini,
Yeyib yatar baharadək,
Nədir adı tapın görək.
Yer altından yasa gedər.
Yol üstə qazan qaynar.
Zirzəmilərdə yatan,
Qara palçığa batan,
Həkim dərmantək satan,
Qara zəncirim nədi?
Dostlarınla Paylaş

Saytda 148 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024