Tapmacalar

Tapmacalar


Saytımızda yerləşən Tapmacalar aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Tapmacalar

Ağırlığın yer götürər,
Ruzusun Allah yetirər.
Ala qapı, zəncir sapı,
Beş budağı, bir yarpağı.
Alaca mənzər,
Dünyanı gəzər.
Altı çəpər, üstü çəpər,
İçində qara quş səkər.
Altı inci, mirvari,
Üstü inci, mirvari,
Arasında bir yarpaq.
Altı mərmər,
Üstü mərmər,
İçində bir
Bülbül oynar.
Aşağı əyirəm tökülməz,
Qırağı çəpərdi sökülməz,
Yerində sarımsaq əkilməz.
Aşıq su deyib ağlar,
Sünbül su deyib ağlar
Dəryada bir gül bitib,
O da su deyib ağlar.
Ataya dəyməz,
Babaya dəyər,
Xalaya dəyməz,
Əmiyə dəyər.
Dəyərə dəymez,
Dəyməzə dəyər.
Allaha dəyməz,
Billaha dəyər.
Babam məndən nar istər,
Yoxu bilməz, var istər,
Sancılmamış qələmnən
Dərilməmiş bar istər.
Balaca baqqal,
Nə versən udar.
Baş aşağı tökülməz,
Dibi qaya sökülməz.
Süfrələrə salınmaz,
Onsuz heç kim dirilməz.
Bel sapı, balta sapı,
Bir budaq, beş yarpağı.
Beş dərviş bir quyuya daş atar.
Beş-beş anası,
Beş-beş balası,
Onu bilməyən,
Çəpəl balası.
Bilmədik hardan gəldi,
Ətdən sümükdən gəldi,
Oraqla ha doğradıq,
Təzədən bir də gəldi.
Bir ağacım var - bir gövdəsi, beş budağı,
Hər budaqda bir sədəf.
Bir ağacım var, iki budağı.
Bir anası var, beş balası,
Onu tanımayan at balası.
Bir cüt öküzüm var,
Dama girər aləmi gəzər;
Damdan çıxar, bir yerdə durar.
Bir cüt quyum var, qıraqları qırx çəpər.
Bir damım var, ətdəndi,
Qırağı sədəfdəndi.
Altı on altmdadı,
Üstü on altındadı.
Bir damım var, içi dolu ağ yarmaça.
Bir dərədə bir parça ət.
Bir dərədə bir quş uçur, adı yox,
Şirinlikdən yemək olmaz, dadı yox.
Bir at ona peşkəş olub canı yox,
Bir qoyundu loğman ona, canı yox.
Bir dirək üstə iki dam.
Bir donum var, tikişi yox.
Bir evdə iki qardaşım var,
Ha gedirlər bir-birini ötə bilmirlər.
Bir güzgüm var, qapaqlı,
Dörd qırağı saçaqlı.
Bir kaham var, qıraqları sədəfli.
Bir kişi dağdan ilxı tökər.
Bir körpü altda iki yol.
Bir küpüm var saçaqlı,
Yeddicə deşiyi var,
Üçü cütdü, biri tək.
Bir qayada yeddi bulağım var.
İkisi şordu, ikisi şortəhər,
Biri şirindi, ikisi zəhər.
Bir qıllıca yumağım var,
Yeddi dəlik-deşiyi var.
Bir qutum var - özü açılır, özü yumulur.
Bir tabaq mərzə,
Təzəbətəzə,
Yaşdır qurumaz,
Nəmdir çürüməz.
Bir taxçam var, düyü ilə dolu.
Bir təndirim var, içi bir çörək tutur.
Bir təpəm var qara otdan,
Kökü sümük, üstü ətdən.
Bir tovla malım var, hamısı qaşqa.
Bir yaylığım var, iki dağ arasında
Sərirəm qurumur.
Bir yemim var, nə süfrəyə qoyulmaz,
Nə süfrədən götürülməz.
Bir zağada bir tikə ət,
Yaşdı yeri qurumaz,
Nəmişlikdə çürüməz.
Bir zağam var, içi dəyirman,
Hər nə töksən, üyüdər ənam.
Biri danışır,
İkisi baxır,
İkisi eşidir.
Bizidik, bizləridik,
Otuz iki qız idik.
Gah əzildik, üzüldük,
Bir taxçaya düzüldük.
Boyu əsgərdən kiçik,
Hökmü padşahdan böyük.
Boyu uzun sayaqdı,
Sahibinə dayaqdı.
Bu günü adınadı,
İşlər ovandınadı,
Qaradan ağ boyandı,
Tap görüm, adı nədi?
Bu yanı çəpər,
O yanı çəpər,
İçində atlı çapar.
Bu yanı taxta,
O yanı taxta,
Şahqulubəy otaqda.
Cavanhqda olar qara,
Qocalıqda oxşar qara.
Çəpər üstə ağ fərələr.
Cərgə-cərgə söyüdlər,
Beli bağlı igidlər.
Dağdan yerə sallanır,
Hər nə versən allanır.
Dam üstə çatı qırığı.
Dəryada bir gül bitibdi, adı yox.
Şirinlikdən yemək olmaz, dadı çox.
Divar dibində ağca quşlar oturar.
Əkilməz biçilər,
Biçilər yeyilməz.
Ət içində bir cüt ala muncuğum var,
Haranı desən görür.
Ət sandığım, yetmiş yeddi qat sandığım,
Ağzı bağlı, gir içinə, yat sandığım.
Ətdən iyirmi ağacım var, uclarıdı şirmayı.
Ətnən sümük balta sapı,
Beş barmağı, bir budağı,
Al - deyəndə açılar,
Ver - deyəndə yumular.
Evləri yanaşı iki qardaşım var,
Hər şeyi görürlər,
Bir-birini görə bilmirlər.
Əzəl vardı yeyərdik,
Yeməsəydik, ölərdik,
İndi də var yemirik -
Yeməsək də ölmürük.
Əzəli dörd ayaqlı,
Sonra iki ayaqlı,
Aylar keçir, il keçir,
Dolamr üç ayaqlı.
Əzizim, doqquz günə,
Doqquz ay, doqquz günə,
Qaranlıqdan kim çıxar
Doqquz ay, doqquz günə.
Əzizinəm, biri iki,
Sağı, solu biri iki,
Bir əlamət görmüşəm ki,
Dördü üçdü, biri iki.
Fil işler, filban işler,
Susuz yerde dəyirman işlər.
Geco ölü,
Gündüz diri.
Haça üstə küp,
Küpün üstə top,
Top üstə meşə,
Meşəni çaqqallar eşə.
Hap-hapı, dəmir qapı,
Şah ölkəsi, xan bağı.
Hap-hapı, kərki sapı,
Beş budağı, bir yarpağı.
Haqdan gəldi bir qonaq,
Ona bişdi qayqanaq.
Qayqanağın duzu yox,
Qonağın da dişi yox.
Hazılıyam, hazılı,
Yanım qara tazılı,
Çıxdım dünya üzünə,
Gördüm qəbrim qazılı.
Hədəndi, ha hədəndi,
Dörd qırağı bədəndi.
Yaşıl vurdum, al çıxdı,
Görəsən bu nədəndi.
Həftədə bir dəfə başın kəsərəm,
Nə qanı çıxmaz, nə canı.
İki anası,
Beş-beş balası.
Onu tapmayan,
Ayı balası.
İki dağ arasında -
Yunis balığı.
İki fanar,
Gündüz yanar.
Gecə sönər.
İki quşum var, hərəsi bir tərəfdə,
Nə qədər baxıram, heç birini görə bilmirəm.
İki yolum var, bir dirəyim.
Mən aşıq, yüz yer aşar,
Basılmış yüz il yaşar,
Budağın kənarında
On kotan yüz yer aşar.
Mən aşiqəm, ay mələr,
Bulud altdan Ay mələr.
Dəryada bir gül bitib,
Su deyibən ay mələr.
Mən baxıram, o yan qaçır.
Mənim beş qardaşım var,
Biri hər gün danışar,
İkisi qulaq asar,
İkisi durub baxar.
Namazlıyam namazı,
Almışam dəstəmazı,
Məçidim su, qibləm ət,
Harda qılım namazı.
O hanı, ha o hanı,
Çaxmaq hanı, qo hanı,
Səksən səkkiz dəyirman,
Doxsan doqquz no hanı?
O necə göldür, suyunu içmək olmaz,
O necə dağdır - otun biçməklə qurtarmaq olmaz.
O nədi ki, əti haram, südü halal.
O nədir hər şey içində.
O nədir ki, adamda var, adı yox.
O nədir ki, baldan şirindi, zəhərden acı?
O nədir ki, gedər-gələr nihani
Gəzər cümlə cahanı.
O nədir ki, oxu da tük, yayı da tük.
O nədir ki, qaya üstə iki bulaq.
O nədir ki, səhər dörd,
Günorta iki,
Axşam üç ayaqlı.
O nədir ki, yer-göy onun içindədi.
O yanı mərmər, bu yam mərmər
İçində bir nazənin pərvər.
O yanı taxta, bu yanı taxta
İçində alabaxta.
On inəyim var, onu da təpəldi.
Otuz iki -
Qılınclı qoşunun
Bir ət sərkərdəsi var.
Qalın qamış içində,
Ala bir quş oturmuş.
Qalxdım təpəyə,
Düşdüm küpəyə.
Qapıbir qonşudurlar,
Bir-birini görmürlər.
Qara dağ, əyri dağ,
İşıldar, fışıldar.
Qaranlıq evdə, bir qucaq yarma.
Qırmızı divar üstə ağ fərələr düzülüb.
Qırmızı Məmməd, dur get,
Yabılarım sür, get.
Otuz iki qapının,
Kilidini vur, get.
Qutu-qutu içində,
Nərgiz qutu içində,
Babamın bir quşu var,
O da qutu içində.
Sabahdan durdum,
Sənə zillədim.
Sarı təpə, qara meşə.
Satmaq olmaz,
Dəyişdirib
Malı mala
Qatmaq olmaz.
Suya girər, bir olar,
Sudan çıxar, min olar.
Tərəzidə çəkilməz,
Bazarlarda satılmaz,
Baldan şirin dadı var,
Yemək olmaz, canı var.
Üç bulağım var -
Biri şirin,
Biri acı,
O biri şor.
Yan-yanaşı dərədə,
Qamışlıca bərədə,
Bir alaca quş yatır.
Yeddi dəlikli toxmaq,
Onu tapmayan axmaq.
Yekə zağada otuz iki qoşunun bir sərkərdəsi var.
Dostlarınla Paylaş

Saytda 55 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023