Tapmacalar

Tapmacalar


Saytımızda yerləşən Tapmacalar aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Tapmacalar

Adam deyil, hey qaçır,
Meşə deyil, səs salır.
Ağ sandığım açıldı,
İçinnən nur saçıldı.
Ağ tas, qızıl tas,
Birin götür, birin as.
Ağac başında ağca yumaq.
Ahanı, ha ahanı
Gəzər cümlə cahanı.
Dərələrdə öldürdüm,
Nə əti var, nə qanı.
Alçacıq quyu,
Dambıldar suyu.
Aləmə işıq salır,
Axşam gül kimi solur.
Anam atlandı,
Xalı qatlandı,
Quyruq bulandı,
Qum səpələndi.
Anası qaraca,
Qızı qırmızıca,
Oğlu qıvrımca.
Araba gedər, izi yox,
Yanar, yanar, gözü yox.
Ata minər, səslənməz,
Yerə düşər, paslanmaz.
Suya düşər, islanmaz.
Atamın bir qurşağı var,
Dəstələdikcə qurtarmır.
Atamın yeddi oğlu var,
Yeddisi də bir boyda.
Atdım atana,
Dəydi kotana,
Suda balığa,
Düzdə ceyrana.
Axşam gedər,
Səhər gələr.
Ay gedər ha il gedər,
Gecə-gündüz yol gedər.
Nə dili var, nə ağzı,
Nərildər aslan kimi.
Ayağı yoxdur qaçır,
Qanadı yoxdur uçur.
Ayağınnan aldırnaz,
Ağza yüyən vurdurmaz.
Babamın bir çuxası var, on iki cibi,
Cibin hər küncündə otuz düymə,
Hər düymənin bir üzü ağ, bir üzü qara.
Babamın bir donu var,
Qatlayıram, qat götürmür.
Babamın bir donu var, qatlamaq olmaz,
İçi dolu əşrəfidi, sanamaq olmaz.
Babamın bir donu var,
İçi dolu abbası,
Gündüz girər kisəyə
Gecə çıxar eşiyə.
Balta vurdum çəkilə,
Çəkil yerə tökülə.
Quşlardan hansı quşdu,
Özü düzə çəkilə.
Balta vurdum nimçəyə,
Səsi gəldi Gəncəyə.
Baş üstə durar,
Baxıb göz vurar.
Basdırmışam iki toyuq,
Biri isti, biri soyuq.
Bayırda sağdı,
Pambıqdan ağdı,
Evə gələr,
Suya dönər.
Bir abam var, qatlamaq olmaz,
Bir patavam var, sarımaq olmaz,
Bir xəlbir aşığım var, sanamaq olmaz.
Bir ağ daşım var, odda yanmaz,
Suda batmaz, gün çıxanda əriyər.
Bir ağacım var, on iki budağı,
Hər budağın otuz yarpağı,
Hər yarpağın bir üzü qara, bir üzii ağ.
Bir atım var ağ alaca,
Özü gedər, yəhəri qalar.
Bir atım var cilovda durmaz,
Gecə gedər, gündüz yorulmaz.
Bir atım var səməndi,
Nə ucu var, nə bəndi.
Özü açılar, özü yumular.
Heç kəs bilməz bu fəndi.
Bir atım var,
Sakit durmaz.
Hey yol gedər,
Heç yorulmaz.
Bir balaca mil daşı,
Yandırar dağı, daşı.
Bir balaca nar daşı,
Götürəmməz min kişi.
Bir kilimim var,
Min bir naxışı,
Yelbaba süpürər,
Payızı, qışı.
Bir kişinin dörd evi var,
Biri yaşıldı, o biri al,
Biri sarıdı, o biri ağ.
Bir nəlbəki nar giləsi,
Ələ gəlməz bir dənəsi.
Bir palazım var, çırpa bilmirəm,
Naxışı xırdadı, saya bilmirəm.
Bir qızıl öküzüm var,
Harda yatsa ot bitməz.
Bir sinidə iki toyuq -
Biri isti, biri soyuq.
Bir tabaq almaz,
Sabaha qalmaz.
Bir xəlbir aşığım var,
İçində bir saqqası.
Biri deyir, gəl gedək,
Biri deyir, getmiyək,
Biri başın buluyur.
Biri gedər, gəlməz,
Biri yatar, durmaz.
Bulud-bulud içində,
Ay da bulud içində,
Göydən yerə od yağdı,
Biz də yandıq içində.
Burdan vurar qılıncı,
Bağdadda oynar ucu.
Burdan vurdum baltanı,
Ordan çıxdı qaltanı,
Anam bir oğlan doğub,
Yerin, göyün soltanı.
Burdan vurdum baltanı,
Ordan çıxdı qaltanı,
Qara qız oğlan doğdu
Yerin, göyün soltanı.
Buruq-buruq hara gedirsən?
Təpəsi dəlik, sən nə deyirsən?
Buxarı, ha buxarı,
Buxarıdan yuxarı,
Ordan bir oğlan çıxdı,
Çiyni qara çuxalı.
Cavanlıqda oturar,
Qocalıqda yırğalanar.
Cin çinar başında,
Cin qara quş oturmuş,
Yağlanmış, buğlanmış,
Quyruğu düyünlənmiş.
Çiy ipək, çiləmə ipək,
Bircə yarpaq, yüz min çiçək.
Dağdan gəlir dağ kimi,
Qolları budaq kimi,
Oturur həsir kimi,
Duranda yesir kimi.
Dağdan gəlir dağ kimi,
Qolları budaq kimi.
Əyilir su içməyə,
Böyürür oğlax kimi.
Dağdan gəlir hozı kimi,
Dəyirmanın tozu kimi.
Dağdan gəlir, daşdan gəlir,
Qudurmuş bir aslan gəlir.
Dağdan, daşdan qan gəlir,
Qıvrılmış ilan gəlir.
Qabağında durmayın,
Qudurmuş aslan gəlir.
Dağlarda qar əridi,
Ayaq tutub yeridi,
Dərə görüb bağırdı,
Dərya görüb kiridi.
Dam dambıldar,
Su gumbuldar [şappıldar],
Heyva çalar,
Nar oynuyar.
Dam üstə daylaq oynar,
Yerə dəyib oyular.
Dərd-bəlanı sovan kösöv,
Qurdu-quşu qovan kösöv.
Dəyirmana dən doldu,
Zülf üzünə bənd oldu,
Düz üç yüz altmış taxta
Bir mismara bənd oldu.
Dəyirmi təpə,
Qızıldan küpə.
Dilim-dilim nar,
Dizimətən qar.
Uçdu bir kəklik,
Qondu bir dilbər.
Əl ilə tutmaq olmaz,
Göz ilə görmək olmaz.
Əlamət, ay əlamət,
İşi tamam qiyamət,
Əli yox, şəkil çəkir,
Dişi yoxdu, dişləyir.
Ələy ha vələy olar,
Dəyirmana dən dolar.
Usta əli dəyməmiş,
Xərməndə gərəy olar.
Əmim oğlu ustadı
Əli kəmər üstədi.
Suda körpü salıbdı,
Gəl gör necə ustadı.
Eşiyə bir ağac düşüb,
Nə qolu var, nə budağı.
Bir quş gəldi, onu yedi,
Nə dili var, nə dodağı.
Əzziyəm, ay mələr,
Bulud göydə, ay mələr,
Qoç bir quzu görübdü,
Süd deyibən ay mələr.
Əzziyəm, əmər hey,
Beldə gümüş kəmər hey,
Göydə bir madyan gördüm,
Yerdə qulun əmər hey.
Əzziyəm, yasda,
Quyruğu dəstə.
Yeddi cam gördüm,
Bir başın üstə.
Gecə gedir ley-leyi,
Gündüz gedir ley-leyi,
Nə ilyi var, nə sümyü.
Gedər-gedər gözü yox,
Yorğa gedər, tozu yox.
Göy üzü damar-damar,
Göydən yerə nur damar.
Göydə doğular,
Yerdə boğular.
Göydə durub qızıl daş,
Cümlə cahan əyir baş.
Göydə gəzər qalaq-qalaq,
Gah tutqundur, gah rəngi ağ.
Göydə gördüm bir maya,
Atıldı, düşdü çaya.
Göydə uçar bir maya,
İşıq salar dünyaya.
Göydən bir ağac düşdü,
Barsız, budaqsız.
Onu bir quş yaladı,
Dilsiz, dodaqsız.
Göydən düşdü, yerə yapışdı.
Göydən gələ-gələ,
Düşür gilə-gilə,
Bunun adı nədir -
Görək, hamı bilə.
Göydən gəlir dərvişlər,
Kürkün yerə sərmişlər.
O qədər oynamışlar,
Xurdu-xəşil olmuşlar.
Göydən gəlir sel kimi,
Yerə dəyir tel kimi.
Göydən yerə buz yağır,
Görün necə düz yağır.
Darı boyda, qoz boyda,
Görmədim qarpız boyda.
Gün çıxanda yox olur,
Gün batanda çox olur.
Gündən güclü,
Yeldən gücsüz,
Yoxdu gözü,
Ağlar özü.
Gündüz gedər uzun qız.
Gecə gedər uzun qız.
Gündüz pozular,
Gecə düzülər.
Halalar, hay halalar,
Dağda kəklik balalar,
Nə kiçiyi böyüyər,
Nə irisi balalar.
Həmişə gedər, mənzilə çatmaz.
Həşədə, ay həşədə,
Bir quş tutdum meşədə,
Atanın yeddi oğlu,
Hamısı bir peşədə.
Həsenağa xəstədi,
Qolları qəfəsdədi,
Nə yerdədi, nə göydə
Çərxi-fələk üstədi.
Həyətdə dağ,
Pambıqdan ağ,
Evə gələr,
Suya dönər.
Hini hinicə, burnu əyricə,
Hara gedirsən, bu yarı gecə.
İki öküz bir yerdə,
Biri aldı, biri çal.
Alı yatıb tərpənmir,
Çalı gedir hənir-hənir.
İki öküzüm var, biri göy, biri qızıl
Qızıl öküz yatar durmaz,
Göy öküz gedər, gəlməz.
İkiləyən qapa-qap,
Birin deyim, birin tap.
İriz-iriz gedirəm,
İrizbana gedirəm.
Gəncədə su içmişəm,
Xoruzbana gedirəm.
İşım-işım işıldar,
Yarpaq kimi xışıldar.
Körpü altdan saz gedər,
Qaqqıldayar, qaz gedər.
Mavi atlas,
İynə batmaz,
Qayçı kəsməz,
Tərəzi çəkməz.
Mavi atlas,
Ortasında
Bir qızıl tas.
Mən aşiqəm, düz yerdə,
O göydədi, biz yerdə.
O yer olmaz keçməsin,
Salmaz bircə iz yerdə.
Mən getdikcə o uzanır.
Min minarə
Dibi qarə,
Yüz min çiçək,
Bir yarpaq.
Nə daşı var, nə taxtası,
Nə zəri var, nə baftası.
Çaylar üstə körpü salar,
Sütunları sudan olar.
Nə ələnməz, nə bələnməz
Ocaq başına gələnməz.
Nə əli var, nə ayağı
Dağıdar dəli sayağı.
Şıqhaşırıq açar qapı.
Nə əli var, nə ayağı,
Qoca kişi yer qazır.
O hansı ağacdı ki,
Kökü havada durar,
Budaqları yerdədi.
O hansı anadı ki,
Udar balalarını.
O hansı bağdı ki,
Torpağın əkmək olmaz,
Çınqılın çəkmək olmaz.
O hansı quşdu ki,
Bir qanadı ağdı,
Bir qanadı qara.
O nədi ki, dayanıbdı dayaqsız,
O nədi ki, boyanıbdı boyaqsız.
O nədi ki, dayım uzun,
Qurşağı gödək.
O nədi ki, dörddür, beş deyil.
O nədi ki, gələn yaz,
Gələn qışdı, gələn yaz.
Qış bir xörək bişirdi,
Yağın tökdü gələn yaz.
O nədi ki, göydən yerə sallanır.
O nədi ki, gündüz gözü korşalır,
Gecə od tutub yanır.
O nədi ki, ikidir, üç deyil.
O nədi ki, işığı var, istisi yox.
O nədi ki, öz məzarın özü qazar.
O nədi ki, özü var, kölgəsi yox?
O nədi ki, özü var,
Camalı var, gündə iki saat ömrü var.
O nədi ki, silahı yox atışar,
Atışıban bir-birinə qarışar.
O nədi ki, tut ucundan göyə çıx.
O nədi ki, yaşı çoxdu qocalmaz,
O nədi ki, gəzər, məkanı olmaz,
O nədi ki, nə əskilməz, nə dolmaz.
O nədi ki,
O gözünü yumanda,
Dünya zülmət görünür.
O gözünü açanda
Aləm nura bürünür.
Odda yanmaz,
Suda batmaz.
On beş gün düz şahlıq etdi,
On altıda köçüb getdi,
Otuzunda nadan oldu,
On dörddə kamala doldu [yetdi].
Oturmuşdum səkidə,
Ürəyim səksəkədə.
Göydən bir alma düşdü,
Bir qızıl nəlbəkidə.
Özü burda,
Saqqalı damda.
Qara sacın altı qara,
Dur üstündə ocaq qala.
Qara toyuq qaqqıldar,
Qanadları şaqqıldar.
Qara toyuq, göy cücələr.
Qara toyuq,
Qamı yarıq.
Qara xanım qamı yarıq,
İçi dolu qızıl balıq.
Qazdım, qazdım qum çıxdı,
Qumdan miranə çıxdı.
Bu gecə ölən oğlan
Sabah bazara çıxdı.
Qəndə bənzər dadı yox,
Göydə gəzər, qanadı yox.
Qır at qovar, boz at qaçar,
Boz at qovar, qır at qaçar.
Qırmızı nar,
Hər evdə var.
Qızıl ləyən, qızıl tas,
Birin götür, birin as.
Qızıl öküz yatdı, qalxmadı,
Boz öküz getdi, gəlmədi.
Rizhariz gcdirəm,
İrizbana gedirəm,
Gölməçədən su içib,
Xoruzbana gedirəm.
Sağsağan səkər,
Quyruğun bükər,
Qaz qaqqıldar,
Yumurta tökər.
Sandıq sandıq içində,
Qızıl sandıq içində,
Araza bir od düşdü,
Biz də yandıq içində.
Sarıca kişi yer dələr.
Səhər gül kimi açır,
Aləmə nurun saçır.
Səpdim gecə noxudu,
Səhər gördüm yoxudu.
Sornic altda iki toyuq,
Biri isti, biri soyuq.
Suda bitər,
Suda itər.
Suya düşər islanmaz,
Yerə düşər paslanmaz.
Tərəzi var, təngi var,
Hər bir rəngdə rəngi var.
Üç qardaşım var:
Biri suluyur,
Biri üfürür,
Biri bitirir.
Uçan bir quş kənəkdir,
İşi tamam kələkdir,
Dəyirmana can verər,
Xırmana da gərəkdir.
Üçü bizə yağıdı,
Üçü cənnət bağıdı,
Üçü yığıb gətirir,
Üçü vurub dağıdır.
Uzaqdan baxaram ağarar,
Yaxına gedərəm bağırar.
Uzaqdan baxdım yaman çox.
Yanına getdim, heç nə yox.
Uzun hacı, kök hacı,
Duman başının tacı.
Uzun qızın kölgəsi yox,
Müştərisi hər şeydən çox.
Uzun-uzun qayışlar,
Gedib Gəncədə işlər.
Uzun-uzun ulama,
Ucuna qıl dolama.
Gedər uca dağlara,
Gələr bizə salama.
Uzun-uzun ulama,
Ucuna sap dolama.
Gedər bəyin yanına,
Bizə gəlməz salama.
Xam gümüşə axşam səpdim darını,
Səhər durub dedim darı bəs hanı?
Xub gözəldi hamıya baxır,
Ona baxana iynələr taxır.
Yaxşıca gözəldi hamıya baxar,
Üzünə baxanı yandırar, yaxar.
Yer altımnan yasa gedər.
Yer altında gümüş kəmər.
Yer üzünün qarası,
Ağacların anası.
Yerdə bir ağ süfrə var,
Pambıq kimi parıldar.
Yerə vurdum baltanı,
Ağzı gümüş xaltanı.
Yerdən bir oğlan çıxdı,
Cümlə cahan soltanı.
Yük üstə para fətir,
Bacarırsan, tut gətir.
Yuvası var dərədə,
Qanadları təpədə,
Gecə-gündüz yol gedir,
Dərədədi, dərədə.
Zər kilim, zəncir kilim,
Ağırdı andır kilim.
Nə qaldırmaq olur, nə çırpmaq.
Dostlarınla Paylaş

Saytda 143 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023