Tapmacalar

Tapmacalar


Saytımızda yerləşən Tapmacalar aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Tapmacalar

A kişi-kişi,
Dəmirdən dişi,
Yeyər buğdanı,
Qalar samanı.
A lalələr, lalələr,
Gümüşdən piyalələr,
Göbəyindən dən yeyər
Bel üstündən balalar.
A Yel baba, dur, gedək,
Madyanını sür gedək,
Bir qapının qıfılın
Min qapıya vur, gedək.
A Yel baba, Yel baba,
Əynində məxmər əba.
Ağzın açıb-yumanda,
Od püskürər obada.
Ağ yumaq, qırmızı yumaq,
Nə vaxt gəldi bizə qonaq?
Ağac başında boxça,
Nə boxçadır, nə taxça.
Ağara-ağara
Girdi mağara.
Ağca qoyundan,
Qara süd sağdım.
Altdan yeyər,
Üstdən qusar.
Altı daş, üstü daş - arasında çəmənim,
Qazanda bişən duzsuz aşımdı mənim.
Altında qazan qaynar,
Üstündə ocaq yanar.
Aşıq eldən yuxarı,
Şana teldən yuxarı,
Aşıq bir şey görübdü,
Üç başı, on ayağı.
Atdım yamaca,
Düşdü umaca.
Atılıb-düşər,
Susuz bişər,
Qırmızı düşər.
Balaca quyu,
Pıqqıldar suyu.
Başı iki,
Ağzı bir.
Beldə kəmər,
Doşab əmər.
Başında papaq,
Əlində cida.
Qur-qur quruldar,
Nə əsgər deyil,
Nə də qurbağa.
Bir atım var ad eylərəm,
Ölsə, qiyamət eylərəm,
Əti yoxdu ki, kəsməyə,
Sümüyün xeyrat eylərəm.
Bir belə bəsti,
Dəstəsi yastı.
Balış lanqıcı,
Ağzı fış-fışı.
Bir çanağım var, içi dolu quyruq,
Üstündə də bıçaq, nə qədər doğranır - qurtarmır.
Bir cüt bulağım var, suyu şor.
Bir kişi var qara təpəni ağardır,
Ağ süpürgəni qızardır.
Bir minarəm var, yonduqca yoğunlar,
Qazdıqca uzanar.
Bir qara qatır,
Yan üstə yatır,
Nə yemir, nə içmir,
Nəfəsin alır.
Bir quşum var ala-bula,
Qanadların çala-çala.
Gedər ciyər sövdasına.
Bir quyum var dayazdı,
İçi dolu bəyazdı.
Bir ustam var, gecə-gündüz bez toxuyur,
Heç kim onu geyə bilməz.
Bir yerdə bir çölmək var,
Durub onu bölmək var,
Səksən səkkiz çatıda
Doxsan doqquz ilmək var.
Bircə belə boyu var,
Dağdan ilxı endirir.
Biri gəlir, biri oturur, biri yatır.
Biz bizə biz deyirik,
Siz bizə nə deyirsiz?
Bu gün çaharşənbədi,
Qəlbimə düşən nədi?
Dəryadan tüstü qalxır
İçində bişən nədi?
Bugünkü gün adnadı,
İşlər ovandınadı.
Dünya üç şey görməyib
Tap görüm adı nədi?
Can alıcı, cəfa qılıcı,
Yumru təpə, gümüş küpə.
Çardaxda var iki tas,
Birin qaldır, birin as.
Çöl var, çöl var, çölmək var,
Onu durub bölmək var,
Səksən səkkiz düyündə
Doxsan doqquz ilmək var.
Dağda dülüymən gördüm
Suda süleyman gördüm
Yatar göyşər daş gördüm.
Duzsuz bişmiş aş gördüm.
Dağda tappıldar,
Suda şappıldar,
Ayğır ölkədə,
Bozu yataqda.
Dağda tappıldar,
Suda şappıldar,
Obada fərman,
Kənddə süleyman.
Dağdan gəlir dadıq suyu,
Heç kim onu dada bilməz.
Dağdan gəlir dadıq suyu,
Heç kim onu dada bilməz.
Nazik toxur culfa bezi,
Heç kim onu geyə bilməz.
Damda dana böyürür,
Qızlar ora yüyürür.
Damda var qara yaylıq,
Yağışa çara yaylıq.
Dınqır ələk, dınqır saz,
Əlim xəmir, qarnım ac.
Dünyanı dolanar-gəzər,
Özü bir ovuc yer tutar.
Əhədəm yüz bəlalı,
Dərd canda yüz bəlalı,
Dörd quş var bir yuvada,
Hərəsi yüz bəlalı.
Əl çalmasan da oynar,
Odsuz-ocaqsız qaynar.
Eləmi, bir tağda,
İki şamama bir tağda,
Hərəmiz birin üzdü,
Biri qaldı bir tağda.
Əriməz küpə,
Çürüməz küpə.
Min il qalsa da,
Çürüməz küpə.
Evin dalı gölmədi
Xanə-xanə bölmədi.
Bir gəbəm var, rəngi bir
Səksən səkkiz ilmədi.
Əynində atlas,
Dənizdə batmaz.
Əzilməz,
Üzülməz,
Süfrəyə
Düzülməz.
Əzizim, təpəsinə,
Aşıq çıxıb təpəsinə,
O kimdi çomaq vurdu,
Allahın təpəsinə.
Əziziyəm, nədəndir,
Çəpkəni gülbədəndir.
Kötüyünə od düşüb,
Gəlin, görək nədəndir?
Əziziyəm, tək bəndi,
Vur belinə tək bəndi.
Doxsan doqquz arxın
Var başında tək bəndi.
Get o dağdan qar al gətir,
Verməsələr də al gətir,
Ərinməmiş yağ al gətir.
Göydə ulduz sanı yox,
Ay çıxıb bir yanı yox.
Başına hey döydükcə
Ağzın açar, canı yox.
Gündüz gəzər, axşam gəlib bir
abbasılıq yerdə durar.
Hələmə küpə, dələmə küpə,
Yüz il qalsa, çürüməz küpə.
Həm misdi, həm gümüşdü,
Ortası döyülmüşdü.
Həpdi-həpə,
Qızıl küpə.
Dövran ötər,
Çiçək səpər.
Həri-həri həridən,
Hikmət gördüm dəridən,
Ağzı var irəlidən,
Buynuzları geridən.
Həşədən, ha həşədən,
Bir səs gəlir meşədən.
Atamın beş oğlu var,
Beşi də bir peşədən.
İki sərçənin dörd gözü,
İki çatının dörd ucu.
Oraq əyri, duz acı.
İlim-ilim düyməsi,
İlim xatın düyməsi,
Səksən səkkiz düymədə
Doxsan doqquz ilməsi.
Kağıza ot bükərəm,
Tez ağzıma dürtərəm.
Mən aşiq, içi dəri,
İçinin içi dəri,
Aşıq bir loxma yeyib,
Üzü ət, içi dəri.
Mən aşiq, təknədədim,
Gül açıb tək, nədəndir?
Doxsan kişi, yüz arvad,
Hamısı Təknədəndir.
Mən aşiqəm, bir ata,
Bir oğuldu, bir ata,
Həştad dəvə, qırx qatır
Yüklənibdi bir ata.
Mən aşiqəm, bir ata,
Bir oğuldur, bir ata,
Səksən keçi, yüz qoyun,
Yüklənmişdi bir ata.
Məni təkcə yeməzlər,
Mənsiz də xörək olmaz.
Meşədə kəsdilər başın
Şəhərə atdılar leşin.
Suya saldılar, batmadı -
Oda atdılar, yandı.
Milli-milli mərcümək,
Şirin dilli mərcümək,
Aləmi gəzdi, gəldi,
Başı güllü mərcümək.
Mindim törəməzi, tutdum tükənməzi,
Getdim qaltan qaza.
Nazik-mazik culfa toxur,
Heç kim onu örtdüyü yox.
Nə burda var, nə orda
Doludur Naxçıvanda,
Hər şeyi dadlandırır,
Halvanı bulandırır.
Nə gümüşdür, nə qızıl,
Suya girər islanmaz,
Yerə düşər paslanmaz.
Nəfəsi var, qanı yox,
Cəsədi var, canı yox.
O hansı dağdır ki, qarı əriməz.
O hansı bağdır ki, barı dərilməz.
O necə ağacdır ki, gündə bir yarpaq salır.
O nədi tək-tək alı
Bağında tək-tək alı.
Canı var, cəsədi yox.
Nəfəsin tək-tək alı.
O nədir ki, ağ gümüş,
Çəkic altda döyülmüş,
Hər tərəfi ərəbcə,
Hörüm-hörüm hörülmüş.
O nədir ki, bədəni içərido,
Başı eşikdə.
O nədir ki, çəkdikcə gödəlir.
O nədir ki, cismi arıq
Ənsəsi yumru, burnu yarıq.
O nədir ki, göydən yerə sallanır,
O nədir ki, hər nə versən allanır,
O nədir ki, göbəyindən nallanır.
O nədir ki, qatarlanıb gedər hey!
O nədir ki, hara gedər,
Oğlu qarnında fəryad edər.
O nədir ki, həmişə başı üstə yeriyər.
O nədir ki, ildə doğar ayaqsız.
O nədir ki, qarnı tox,
Kölgəsi yox.
O nədir ki, qoz qabığına girər,
Qala qapısına sığmaz.
O nədir ki, vurdum yerə, qalxdı göyə.
O nədir, mələr keçər.
O nədir, dələr keçər
Yarası yox, qanı yox.
O yanı daş, bu yanı daş,
İçində qırx-əlli baş.
Ocaq başında qara öküz.
Oraq əyri, duz acı,
İki sərçənin dörd gözü.
Qalın qamış içində,
Yumru xoruz çağırır.
Qaməti düz
İçi əyri
Kərpici daş,
Başında tac.
Səhər-axşam
Oxur bülbül.
Qara quş qanadın gərdi,
Başımın üstünə sərdi.
Qəribəm, beş iyirmi,
Saymışdım beş iyirmi.
Yeddi buğda, bir salxım,
Dənəsi var beş iyirmi.
Qırmızı misə dağ basdım,
Apardım bazardan asdım.
Qoca kişi dağdan şələ endirir.
Quru yerin qurbağası,
Gamış balasından böyükdür.
Quyu dibində bir damla qan.
Sarıdı, zəfəran deyil,
Girdədir, girdəkan deyil,
Yazılıdır, Quran deyil.
Şəhəri var, evi yox.
Meşəsi var, ağacı yox.
Dənizi var, suyu yox.
Səməndin ayaqları,
Əlindədir ayaqları,
Üç başı var, altı gözü,
Səkkiz onun ayaqları.
Suda doğular,
Suda ovular.
Suya girər islanmaz,
Yerə düşər paslanmaz.
Tapdım bir haça,
Lazımdır saca.
Atdım kor itə
İt də lap qoca.
Tap-tapmaca,
Qab atdaca.
Tutdum quyruğundan,
Çıxmadı buyruğumdan.
Üç qardaşdı - biri yatır,
Biri oturur, biri gedir.
Üç qardaşdır dərədə,
Biri deyir: “Gəl gedək”
Biri deyir: “ Getmirəm”
Biri başın bulayır.
Üstü yanıb dağıldı,
Altı hələ çiy qaldı.
Üstündə ocaq yanar,
Altında qazan qaynar.
Tüstüsü göyə qalxar.
Uzun-uzuncuğum,
Gödək qılıncım,
Şədəro bürcüm,
Şəddə qurşağım.
Vurdum bir daş ləpiyə,
Buraxdım baş təpiyə,
Quyruğundan tutmasan,
Otlamaz bircə kərə.
Xindaz-mindaz,
Yerə düşər sınmaz.
Yamacdan aldım,
Qazana saldım,
Düşdü umaca
Yedim doyunca.
Yaşıl atlas,
İynə batmaz,
Qayçı kəsməz.
Yayda donar,
Qışda açılar.
Yol içində yoğun abay,
İçində cəhənnəm yanar.
Ağzın açıb zəmiyə baxar.
Yük altmda iki tas,
Birin qaldır, birin as.
Dostlarınla Paylaş

Saytda 66 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023