Tapmacalar

Tapmacalar


Saytımızda yerləşən Tapmacalar aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Tapmacalar

Ağ at biyan içində,
Quyruğu qan içində,
Getdim qanı silməyə,
Batdım biyan içində*.
Ağ qıza əl uzatdım,
Məsti budaqda qaldı.
Ağacın tutmaq olmaz,
Ətrindən doymaq olmaz.
Bağrım başı zədəndi,
Zədəndi, zəbərdəndi,
Yaşıl əkdim, al tökdü.
Görən əsli nədəndi.
Bahalıdı qiymətin,
Şahlar çəkir minnətin.
Bir sürü atlar,
Çəməndə otlar,
Vaxtı gələndə,
Dərisi çatlar.
Çələbi çəltik əkir,
Bir layı tüklü,
Bir layı tüksüz.
Çiçəkliyər, gül deyil,
Ağdı, amma qar deyil,
İstisi var, yun deyil.
Dərya qırağı düzdü,
Sanasan əlli, yüzdü.
Yaşıl əkdim, al bitdi,
Görən əsli nə düzdü.
Dərya üzü samandı.
Samana bir od düşdü,
Gör nə aman-amandı.
Ənbər havası var bunun,
Töhfə əzası var bunun.
İynə ilə dəlik-dəlik,
Gör nə səfası var bunun.
Evimdə bir gəlin var, lalə bədəndi,
Al ata, yaşıl nəsli deyin nədəndi?
Həşi dərili,
Huşu dərili,
Yazda əkili,
Payız dərili.
Nədəndi, ay nədəndi,
Bağrım zədən-zədəndi.
Ağacında od yanar,
Yarpağı göy nədəndi?
Nədəndi, ay nədəndi,
Dərmə, nazik bədəndi,
Plov üstə məskəni,
Görən rəngi nədəndi?
O nədi ki, boyanıb boyaqsız*.
Özü ala,
Yeri tala,
Para-para,
Qəlbi qara.
Qoca babam allandı,
Qızıl toyuq sallandı.
Sarı abası var bunun,
Büzmə yaxası var bunun,
Üstü çopur, içi dilim,
Gör nə səfası var bunun.
Sarı-sarı sandıqlar,
İçi dolu fındıqlar.
Tabaq qabaq içində,
Sübhü sabah içində,
Dayanıb ayaq üstə,
Ətri də var içində.
Tapı-tapı,
Kərki sapı.
Altı gülü,
Beş yarpağı.
Toxum əkdim, yarpaq bitdi,
Yarpağın qocalar diddi.
Xan bağında bir gül açıb bərki bəzəkdi,
Yaşıl çalır, al rəng alır, bəs o nədəndi.
Yaşıl taxt üstündə oturub pəri,
Yaquta, mərcana bənzər ləbləri,
Uzaqdan baxarsan üzün gizlətməz,
Əlini uzatsan vurar neştəri.
Dostlarınla Paylaş

Saytda 69 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024