Tapmacalar

Tapmacalar


Saytımızda yerləşən Tapmacalar aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Tapmacalar

Alaca, ha bulaca,
Səpdirmişəm yamaca,
Düz dırmaşar ağaca.
Anaxanım atlandı,
Qol-qanadı qatlandı.
Babam oturub al çuxada,
Kim soyundursa gözü çıxar.
Bağda bitər tağı yox,
Ha sıxarsan yağı yox.
Bədəni yerdə,
Saqqalı göydə.
Bir balaca mil daşı,
Yandırır dağı-daşı.
Bir damım var, qapısı yox.
Bir kiçicik yurd,
İçi dolu qurd.
Bir kişi var - özü burda
Bağırsağı orda.
Bir quşum var alaca,
Getdi qondu ağaca,
Özünə bir ev tikdi,
Nə qapı qoydu, nə baca.
Bir quşum var bağdadı,
Dimdiyi yarpaqdadı.
Bir sandığım var mərəndi,
Nə qıfılı var, nə bəndi,
Elə açılır, elə yumulur,
Heç kəs bilməz o fəndi.
Bir toyuğum var, yer altında yumurtlar.
Bostanda var bir arvad,
Paltar geyib qatbaqat.
Bostanda var gombul kosa,
Üstü bozdu, içi xasa,
Əzsən dolar qanla kasa.
Bu yol hazara gedər,
Mehdi bazara gedər,
Atası oturmamış,
Oğlu bazara gedər.
Çatı su içər, dana köpər.
Çəpər üstə çal xoruz.
Çil toyuq, çiləmə toyuq,
Başını kəsdim qanı yox*.
Çoxlu tağ atar,
Torpaqda yatar,
Qoyma yetişsin,
Kal-kal dər, apar.
Dağdan atsan əzilməz,
Bir yumruğa dözəmməz.
Dilbər zindanda,
Saçı eyvanda.
Əzizim, qəssab ağlar,
Sarı don qəssab ağlar.
Ölən qoyun ağlamaz,
Öldürən qəssab ağlar.
Göy öküz yoldan baxır.
Hallanar, hullanar,
Yaşıllanar, sallanar.
Haqq bağlar boğazını,
Bəndə açar ağzını.
Hilidim, ha hilidim,
Kəsilər dilim-dilim,
Bir kəndi, qırx kilidim.
İlim-ilim düyməsi,
İlim xatın düyməsi,
Hər kəs onu tapmasa,
On beş tümən cərməsi.
Işım-ışım ışıldar,
İlan kimi xışıldar,
İlan deyil, yarpaqdı,
Yatdığı yer torpaqdı.
Lalalar, ay lalalar,
Laladan piyalalar,
Qol-budağı çiçəklər,
Köklərindən balalar.
Lalalar, ay lalalar,
Ortası al, çölü yaşıl, lalalar,
Ağıllılar ağıl ilə taparlar,
Ağılsızlar qəm evinə batarlar.
Ləyəndə, ay ləyəndə,
Gül boynunu əyəndə,
Yeyilər kal vaxtında,
Yemək olmaz dəyəndə.
Nə qapısı var, nə bacası
İçi dolu sərçə balası.
O nədi ki, saqqalı yerdə,
Ayaqları göydə.
O nədi ki,
Otuz səkkiz paltar geyir,
Hamısı düyməsiz.
Qatbaqat döşək,
Tapmayan köşək.
Qırmızı toyuq bağda,
Dimdiyi var torpaqda.
Qutu-qutu içində,
Qutunun lap içində,
Gözəl bir əl yaylığı (nənəmin əl yaylığı),
O da qutu içində.
Sarıdı sətlan kimi,
Aladı qətran kimi.
Boynu uzun qaz kimi,
Yumrucadır qoz kimi.
Sarı-sarı sandıqlar,
İçi dolu fındıqlar.
Üstü qırmızı, içi ağ,
Çiyi acı, bişmişi yağ.
Üstü yaşıl məxmərdi,
İçi şirin şəkərdi.
Uzundu boyu
Ağdı qanı,
Sudu canı.
Uzun-uzun uzanar,
İpdən tutub sallanar.
Yaşıl tağım var,
Al otağım var.
Göy paltarımda
Boz qurşağım var.
Yer altında qanlı bəsti.
Yer altında qıllı baş.
Yer altında sarı biz.
Dostlarınla Paylaş

Saytda 236 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024